Planetin dəhşət saçan ən qorxulu yerləri: “Əgər özünüzü öldürməyi qərara almısınızsa, zəhmət olmasa, polislə məsləhətləşin”

Praqada yerləşən köhnə yəhudi qəbirstanlığı
2

Köhnə və ağzına qədər dolu bu qəbirstanlıqda tükürpədən mənzərə aşılır.
Qəbirlərin bir-birinin üstündə yerləşməsi ilə bura bir qədər qat-qat piroqu da xatırladır.
Məzarlıq 1478-ci ildə salınmışdır.Bura dəfələrlə qəbirlə dolmuş, amma hər dəfə yeni qat salınmışdır.
Hazırda burada  qəbirlər 12 qatdan ibarətdir. Torpağın üzərində 12 min  sərdabə tikilmiş, 100 mindən artıq adam basdırılmışdır.

Filippin, Saqada  Asma tabutlar3

İqorot qəbiləsinin üzvləri uzun illər öz əzizlərini və yaxınlarını qayaya bərkidilmiş asma tabutlarda dəfn etmişlər. Onlar güman edirlər ki, bu ayinin nəticəsində ölənlərin ruhu göylərə və əcdadlarına yaxın olacaqlar.

Ukrayna, Tərkedilmiş Pripyat şəhəri5

Çernobıl AES baş veriş qəza ucbatından insanlar tərəfindən tamamilə tərk edilmişdir. Əvvəl burada 50 min insan yaşayırdı.

Meksikada Gəlinciklər adası753

Julian Santana Barrera  tapdığı  suda batmış qızın ruhunu sakitləşdirmək üçün  ağacların birinə ilk  gəlinciyi  asır. Bir gün özü yaxınlıqdakı  suda batmayınca,sonrakı 50 il ərzində adadakı ağaclara gəlincik asır.

Yaponiyada  İntihar edənlər meşəsi 14

Aokiqiaxara — Fudzi dağlarında yerləşən meşədir. 1950- ci ildən başlayaraq burada 500-dən artıq adam intihar etmişdir. Hətta, rəsmi dairələr burada yazılı lövhələr yerləşdirmişdir. Lövədə yazılıb:Sizin həyatınız–valideynləriniz tərəfindən sizə verilmiş qiymətli hədiyyədir.” “Əgər özünüzü öldürməyi qərara almısınızsa, zəhmət olmasa, polislə məsləhətləşin”. Bu lövhələr ona görə hazırlanıb ki, insanları özünü öldürməkdən çəkindirsin.

Çexiya Respublikasında  Sedleç türbəsi19

Bu türbədə müqəddəs məkanda basdırılmasını vəsiyyət edən 40min adam əbədi rahatlıq tapır.

Sentreyliya (Pensilvaniya)
25
Bu şəhərin altında kömür yataqları yerləşir. 1962-ci ildə bu kömür yataqlarında  yanğın başlamışdır,hansı ki, bu gün də davam edir. Hazırda şəhər tamam boşaldılmışdır. Bu şəhərin poçt indeksi yoxdur. O da qeyd edilməlidir ki, şəhərdə 10 sakin yaşayır ki, onlar Sentreyliyanı tərk etməkdən imtina etmişlər…

Rusiyada Ölülər Şəhəri
49

Darqavs ilk baxışda 100-ə qədər daş  evdən ibarət balaca kəndə oxşayır. Əslində isə bunlar ev deyil, İnsan qalıqları ilə dolu türbələrdir. Adamların çoxu burada paltarları və əmlakları ilə birlikdə dəfn edilmişlər.

Mənbə : VİRALPRESS

 

Yazıya 1035 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.