evini də,
bagini da,
Hətta həyatini da itir,
Amma insanligini itirmə, nolar…
Get,
İstədiyin hər yerə get!
Aciya dogru get,
kədərə dogru get,
Hətta ölümə dogru da get!
Amma əyri yolla getmə, nolar…
Ud İstədiyin hər şeyi, ud,
Qurunu da,
yavani da,
Hətta sənə edilən pisliyi də ud,
Amma haram tikə udma, nolar…
İnan ki etdiyin hər səhvin bədəlini ödəyəcəksən.
Qinama məni, nolar.
Pisliyini istəmirəm,
Günaha batmağından qorxuram.
Qorxuram!
Sonra peşman olacagindan qorxuram!
Pərişan olacagindan qorxuram!
Oglum!
Səni itirməkdən qorxuram!
Öləcəyindən deyil,
Əyri yollara düşəcəyindən qorxuram!
Yaman qorxuram!..
Yazıya 737 dəfə baxılıb