Məmməd İsmayıl -SƏN İNDİ KİMİNÇÜN GƏLİRSƏN, EY YAZ?!

memmed ismay;lGecənin beşində açan səhərlə,
Günəşə göz qırpan bənövşələrlə.
Bir dünya sevinclə, daha nələrlə,
Sən indi kiminçün gəlirsən,ey yaz?!
.
Dərəni dolduran bəyaz sislərin,
Gələn sorağımı yeni hisslərin?!
Şehli çəmənlərdə ayaq izlərin,
Sən indi kiminçün gəlirsən,ey yaz?!

Qaynada bilirsən qanımı qaynat,
Oynada bilirsən ruhumu oynat,
Anlada bilirsən mənə də anlat
Sən indi kiminçün gəlirsən,ey yaz?!

Çıxan əldən çıxır, əvəzi gəlmir,
Əvəzi gəlməzin nəfəsi gəlmir,
Nəfəsi gəlməzin həvəsi gəlmir,
Sən indi kiminçün gəlirsən,ey yaz?!

Ekiz qardaş idik bir sürə sən, mən,
Gizli sirdaş idik bir sirrə sən,mən.
Hanı gəlişinə tir-tir əsən mən,-
Sən indi kiminçün gəlirsən,ey yaz?!

Məni də dindirən dillər var idi,
Mənə də açılan güllər var idi
Mənə də gəldiyin illər var idi…
Sən indi kiminçün gəlirsən,ey yaz?!

***

YERİN GÖRÜNÜR

Marmaranın dalğaları sahilə vurar,
Qarıldaşan qağayılar salama durar.
Soran kimidi, sorulan kim, kim nəyi sorar?
Göyün qara buludları yerdə sürünür,-
Yerin görünür…

Demirçoğlu caddəsində öğrətmən evi
Bilsən, kimin arxasınca qaçıbdı keyfi?!
Sevən kimdi, sevilən kim,kim kimi sevir
Sənsiz səksən sevgisi nə?Xəyal ürünü,-
Yein görünür…

Yollar zeytun bağçaları,alma bağları
Adın ilə açılmada gül dodaqları…
Yoxsa vida dağlarımı İda dağları,
Məni belə tanha görüb sisə bürünür,
Yerin görünür…

İki sahil, görüş-hesret,sınıq tərəzi,
Ayrılığa körpü salır dəniz bərəsi,
Yetim qalan xatirələr həzindən həzin,
Hönkür ha hönkür,
Yerin görünür…

***

SİSLİ PAYIZ GECSİNӘ
BӘNZӘYİR HALIM

Sisli payız gecәsinә bәnzәyir halım
qәdәrә әl açıram yüz kәrә gündә.
Bir birinin ağzına tüpürüb hamı
Hәr tәrәfdәn “yox” cavabları gәlir
Üstümә
Yaşın altmışüçündә…
Duvaqqappadı sisli payız gecәsi
Sәsindәn asılıb anadil.
Hardasa dәniz var deyir
Qaranlığı iynә kimi
dәlәn qağayıların sәsi
Qarşı yamaclarda
Ağız-ağıza verib qurdlar ulaşır: U u u.
Dәrәlәrdә yatanlara
Hәsәd aparır su!
Bu gecәdәn sәhәrә ağ cıxsam deyir zәnci,
Sağ çıxsam deyir xәstә,
Gözümә nur gәlsә deyir kor,
Yoluma uğur gәlsә deyir dilәnçi…
Gözünü qırpmadan gedir
Dünyanın axırına su .
Çıxa bilsә bu gecәdәn
Dәrәlәr üzü sulu çıxacaq.
Bu gecәdәn sabaha
Qәmbәrqulu çıxacaq…
Aradabir dağıdır
Dumanı, sisi;
Diri-diri torpağa bastırılan
Küçüklәrin zingiltisi.
Fikrimdәn çıxmır
Gözlәri bomboş,
Mәmәmlәri dopdolu
Ala qancıq.
İçimdә diz-dizә iki hәpәnd oturub
-Bura mәnim yerimdi,-
o deyir sәn çıx, bu deyir sәn çıx…

***

Yazıya 576 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.