İmadəddin Nəsimi – Qəzəllər

nesimi31Еy müsəlmanlar, mədəd, ol yar pünhan ayrılır,
Ağlamayım nеyləyim, çün gövdədən can ayrılır.

Еy sənəm, hicran əlində nalеyi-zar еylərəm,
Gözlərimdən sanasan dəryayi-ümman ayrılır.

Ol səbəbdəndir ki, mən bimarü rəncur olmuşam,
Хəstə könlüm mərhəmi, şol dərdə dərman ayrılır.

Rəngi-çöhrəm zərd olubdur, qamətim həm çün hilal,
Ol günəş üzlü həbibim, lə’li-хəndan ayrılır.

Taqətim, səbrim tükəndi, yarsız mən nеylərəm?
Əqlimi şеyda qılan ol çеşmi fəttan ayrılır.

Məhşəri-yövmül-hеsab, qopdu qiyamət başıma,
Еy Yusuf surətli, məndən piri-Kən’an ayrılır.

Еy cigərsuz nari-firqətdən Nəsimi çarə nə?
Hər kimə nəhnü qəsəmna çün əzəldən ayrılır.

***61187655_1258203171014783_5281660999177338880_o (1)

Hǝr kim ki, baxa bir dǝm dilbǝr qaşı yasına,
Navǝklǝrinǝ qarşu ya can tuta, ya sinǝ.

Dedim sǝnǝ, ya naseh, yar tǝrkin edǝ bilmǝn.
Bil doğru bu sözümnü sınamavü ya sına.

Bimari-qǝmi-eşqin timar ilǝ önülmǝz,
Yarǝb, nola bir sorsan bu halǝti-yasina.

Daş alubani dilbǝr, könlüm şişǝsin atar.
Qarşu tutaram, şişǝ bilmǝm qala ya sına.

Qaşı yayını qurmuş, qanımı tökǝr billah.
İnanmaz isǝn baxgil qolları boyasına.

Mǝhbubi-dilaramsan bir bax mana sǝn, yarǝb,
Yarǝb, dilǝrǝm sǝndǝn bu sureyi-yasina.

Xǝstǝ Nǝsimi, yarın ǝhvalını heç sormaz,
Sormağına çün gǝlmǝz, barı gǝlǝ yasına.

***

Vǝchindǝ peydadır sǝnin ǝnvari-zati-kibriya,

Ol nurǝ qarşı daima şǝrmǝndǝdir şǝmsüzzüha.

Leyli cǝmalından cüda Mǝcnun kimi sǝrgǝştǝyǝm,
Fǝrhadivar istǝr könül Şirin dodağından şǝfa.

Cami-müsǝffadǝn mǝnǝ saqi içirdi bir qǝdǝh,
Sufi nǝ bilsin mǝn necǝ ol camdǝn buldum sǝfa.

Hǝr kim ki, tovhid ǝhlidir, ol didü vadid ǝhlidir,
Ruzi-ǝzǝldǝn ta ǝbǝd istǝr kamali-müntǝha.

Eynǝl-yǝqin hǝq sirrinǝ idrak edǝn insan mǝnǝm,
Ey mǝrifǝtdǝn bixǝbǝr, insafa gǝlgil, biriya.

Canı, cahanı sǝnsizin neylǝr Nǝsimi xǝstǝdil,
Sǝndǝn müdam ehsan umar, çün kim, gǝdadır binǝva.

61089933_1258437584324675_2778350610762694656_o***

Aşiq bǝla yolunda gǝrǝk kim, hǝmul ola,
Mǝşuqǝdǝn ana nǝ gǝlürsǝ, qǝbul ola.

Gerçǝk mühibbǝ cövrü cǝfa çünki yar edǝr,
Neçün cǝfadǝn incinǝ, qǝmdǝn mǝlul ola?

Nazü nǝimü işrǝti-cavid içindǝdir,
Dilbǝrdǝn ol könül ki, muradı hüsul ola.

 

Hǝr aşiqin ki, yar ilǝ oldu çǝravü çün,

Arif qatında adı anın bülfüzul ola.

Şirin hǝlavǝt ol yemiş imiş ki, sidrǝsi,
Zatında xub xilqǝtü şirinüsul ola.

 

Yoxdur nǝsibi eşqi-hǝqiqǝtdǝn, ey könül,
Şol kimsǝnin ki, mürşidi naqisüqul ola.

Ey xaliqin ǝmanǝtini zaye eylǝyǝn,
Layiqdir ada ol ki, zülumǝn-cǝhul ola.

Gǝr şǝrh edǝrsǝm ayǝti-hüsnün kitabını,
Hǝr bab içindǝ fǝslinǝ yüz min füsul ola.

Meracǝ çıxdı ruhi-Nǝsimi Buraq ilǝn,
Şol laşǝdǝn nǝ faidǝ kim, la-zǝlul ola?

 

Rəsm müəllifi: Nevai Metin

    Yazıya (112) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.