Dini abidələrimizin havadarı Mehriban Əliyeva

69680061_381771832521167_6669141950697832448_nAzərbaycan xalqının  vətənpərvər  xanımları az olmayıb. Onlar  öz  əməlləri  ilə göstəriblər ki, fədakarlıq təkcə kişilərə  deyil, həm  də mətin  qadınlara xas  olan  xarakterik xüsusiyyətdir. 1918-ci ildə Qoca  Şərqdə öz  müstəqilliyini bəyan  edən  ölkəmiz Azərbaycan  qadınlarına geniş ictimai-siyasi  hüquqlar və azadlıq  verməklə  onların  cəmiyyətin həyatında və dövlət işlərindəki mövqelərini daha da  möhkəmlənirdi.

Qurani-Kərimin “Ali-İmran” surəsinin 195-ci ayəsində Allah-Təala belə  buyurur: “Mən  heç  birimizin  əməlini  puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir).” Müqəddəs dinimiz  qadınların  ictimai  fəaliyyətini məqbul sayaraq onların məqamını yüksək tutur, hər zaman ismətli, şəfaqətli olmalarını, hümanistliyə və  insani  dəyərlərə əməl  etmələrini əmr  edir. Əbəs yerə  deyildir  ki,  İslam  peyğənbəri  Məhəmməd (s) hadisələrin  birində  qadına (anaya) belə qiymət  verir: “Cənnət  anaların  ayaqları altındadır!” İslam  ehkamlarına  bağlı olub onun  əmrlərinə sadiq  olan  xalqımız bu gün  də  qadına  cəmiyyətdə və ailədə məxsusi hörmətlə yanaşır.

Hal-hazırda, 70 illik tarixi  fasilədən sonra  öz  müstəqilliyinə qovuşan  respublikamızın  ictimai-siyasi fəaliyyət   sahəsində  qadınlarımız əzmlə  fəaliyyət  göstərirlər. Onlardan  biri də   ölkənin   birinci   xanımı, YUNESKO VƏ İSESKO-nun   xoşməramlı  səfiri, Milli Məclisin deputatı və  Heydər Əliyev Fondunun  prezidenti Mehriban xanım Əliyevadır.

Hümanist  dəyərlərin  və  xeyriyyəçiliyin  ön planda  durması, ümidsiz insanlara ümid aşılamaq, ehtiyaclı insanların  istəklərini  təmənnasız  şəkildə  qarşılamaq və  onlara maddi-mənəvi dəstək olmaq  fondun  əsas  prinsiplərindəndir. Rəhbərlik  etdiyi Heydər Əliyev Fondu  milli-mənəvi dəyərlərin  qorunması, cəmiyyətimizin  inkişafı,  elm, təhsil mədəniyyət səviyyəsinin  yük­səl­mə­si istiqamətində  çoxlu işlər görmüşdür. Bu siyahıda 2006-ci ildən  ölkə ərazisində “To­­lerantlığın  ünvanı – Azərbaycan “lahiyəsi çərçivəsində dini-tarixi abidələrin bərpası ilə bağlı  fəaliyyət  xüsusilə diqqətəlayiqdir. Tariximizin İslam yaddaşı olan  qədim məsçidlərimizin  bərpası və yenidən qurulması  həqiqətən  də ürək  açan amillərdəndir. Unutmayaq ki, İslam dinin  ayrılmaz qolu  olan  məscidlər müsəlmanlar məskunlaşan  cəmiyyətdə  hər zaman qorunub saxlanıb. Peyğənbərimizin (s) bir  hədisinə deyilir: “Allah Təala buyurdu: “Agah olun! Mənim  yer üzərindəki evlərim məscidlərdir. Onlar,  göylərdən  yerdəki insanları nura qərq  edən  ulduzlara  bəzəyirdilər”.

Bu  missiyanın  məsuliyyətini dərk  edən  Mehriban  xanımın   tutduğu yolun  nəticəsində Bakının Buzovna  qəsəbəsindəki  Cümə məscidi, Binə qəsəbəsində Möhsün Səlim və Gəncə şəhərindəki Həzrəti Zeynəb məscidləri əsaslı  təmir və bərpa  işlərindən  sonra  möminlərin  istifadəsinə verildi. Həmçinin  Şamaxı cümə  məscidində yenidən qurma  işləri  nəticəsində Azərbaycan  ilk  ali  təhsilli  memarı, şamaxılı  Zivər  bəy  Əhmədbəyov  və polşalı   mühəndis İosif  Ploşkonun  1909-cu  ildəki  layihəsinə əsasən  əvvəlki  görkəmi  bərpa  edir. Hazırkı işlər həmin   layihənin   daha    möhtəşəm   və  təkmilləşmiş variantı əsasında  həyata  keçirilir. Xatırladaq ki,  Qafqazda ilk islam  mərkəzlərindən və unikal  memarlıq  abidələrdən  olan Şamaxı  Cümə   məscidi  743-cü ildə  inşa olunub. 1859-cu  il zəlzələsində  dağılan   məscid yenidən  bərpa  olunsa da, 1902-ci  ildə Şamaxıda baş verən  güclü  zəlzələ   nəticəsində  məscidə ciddi  ziyan   dəymişdi.

Qeyd  edək ki,  Bibi-heybət, Əjdər Bəy və Təzəpir məscid  komplekslərinin, Gürcüstan     Mar­nueli rayonunda  Çörarxı (Alget) kəndindəki qədim   məscidin   bərpasına  da  Heydər  Əliyev  Fondu  tərəfindən  hərtərəfli dəstək və yardım  göstərilib. Fond Azərbaycanda  qeyri dinlərə mənsub  olan  milli etnik tərkiblərə  məxsus  dini  abidələrin  bərpasını da  diqqətdən  qaçmır. Bakıdakı Pravoslov və Müqəddəs Məryam kilsələrində görülən  təmir-bərpa  işləri bun­la­ra bariz  nümunədir. Ümumilikdə Heydər Əliyev  Fondunun  dəstəyi  ilə ölkədə 10  yaxın məscid və kilsə, çoxlu sayda müxtəlif dini-tarixi  abidələr, muzeylər, ziyarətgahlar yenidən  təmir olunub,  müqəddəslərin  məzarları önündə   türbələr  və  ya  kompleks şəkildə tikinti  işləri görülüb. Bütün bu işlərin icrasına Heydər Əliyev fondunun prezidenti  Mehriban xanım  Əliyeva yorulmaq bilmədən, islami  dəyərlərə yüksək hörmət və məhəbbət  ruhunda  rəhbərlik edir.

 

 

66803645_270790673793516_8414744752896868352_n

Elvin  ARİFOĞLU

 

“Dost” jurnalının baş redaktoru

 

 

 

 

 

 

 

 

Qeyd; Məqalə  ilk dəfə 2011-ci il “Haqqın Nuru” Qafqaz Müsəlmanları İdarəsinin həftəlik dini-ictimai qəzetində çap olunub

 

Yazıya 589 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.