Əyyub Məmmədov – Yeni şeirlər

 

Eyyub FotoŞair kimdir?

Həyatın hər anın duyğularında
Əks edib yaradan, qurandı şair.
Məqsədi təmizlik, nəcib əməllər,
İncə mirvaritək gözəldir şair.

.

Gördüyü bir şeydən ilham alanda,
Tez onu tarixə yazandı şair.
Əyrini, düzü öz sözləri ilə,
Cəmiyyət üzünə deyəndi şair.

.
Bəzən fikirləri qarmaqarışıq
Dərin dəryalarda batandı şair
Bəzən də bir körpə gülüşü kimi
İnsan ürəyinə girəndi şair.

.
Onun öz aləmi, öz dünyası var
Adi fikirlərdən uzaqdır şair
Bəzən bir sözü elə deyər ki,
Yeddi qatını yandırar şair.

.
Payızda yarpaqlar yerə düşəndə
Bunu sətirlərə yazandı şair
Kövrək kəlmələrlə şeirlər deyib
Bir bulud kimi dolandı şair.

.
Soruşsan o insan nəyə bənzəyir
Deyərəm qaynayan bulaqdır şair
Ölsə də sözləri unudulmayan,
Daim işıq verən mayakdır şair.

.
Qocalırıq biz

Saatlar günə, aya çevrilir
Ömür karvanımız sürətlə gedir
Dən düşür saçlara, nəfəs daralır
Onda hiss edirik qocalırıq biz

Gənclikdə yaşanan gözəl duyğular
Payız yarpağıtək saralıb-solar
Yadına düşəndə gözlərin dolar
Həmin vaxt bilərsən qocalırıq biz

Qol-qola girib gəzən aşiqlər
Sinədə dağ boyda yaradar sipər
Gizlincə əliylə gözünü silər
Sakitcə pıçıldar qocalırıq biz

Bir vaxtlar qaçaraq çıxdığın pillə
İndi qalxanda gəlir bir ilə
Dərin bir havanı alıb köksünə
Deyinib deyərsən qocalırıq biz

Yetkin yaşlarında yağışı sevən
Külək əsəndə romantik deyən
Yaşlı vaxtlarında donub üşüyən
İndi anlayır ki, qocalırıq biz

Hər gün neçə dəfə aynaya baxan
Gör neçə aşiqin qəlbini yaxan
İndi yorğun-yorğun özünə baxan
Söyləyir çox hayıf qocalmışıq biz

.
Dəniz boyda sevgim…

Gəlmişəm yenə də dəniz seyrinə
Qəmli fikirlərlə həsrət ötürüm
Baxıram dənizin ucqar yerinə
Deyirəm təəssüf mənim sevgimə

Bir vaxtlar dənizi birlikdə sevdik
Gəlib kənarında qışı yay etdik
İndi bu yerlərə yalnız gəlirəm
Çılğın dalğalarla köks ötürürəm

Gələrdik dənizə görüşmək üçün
Qol-boyun olub sarılmaq üçün
İndi tək-tək gedirik düşünmək üçün
Oturub kənarda ağlamaq üçün

Dəniz boyda sevgim deyərdin mənə
Mən də can deyib baxardım sənə
İndi bu sularda üzün görünür
Böyük ləpələrdə səsin duyulur

 

Yazıya 711 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.