İşğal altındakı torpaqların azad edilməsi üçün daha bir təşkilat yaradıldı

kəlbəcərUzun illərdi Ermənistan işğal altında saxladığı Kəlbəcər rayonundan olan bir qrup ziyalı yeni təşkilat yaradıb.

Onlar doğma yurdun düşmən tapdağından azad edilməsi niyyəti ilə “Kəlbəcər Yolu” İctimai Birliyini təsis ediblər.

kultur.az təşkilatın mətbuat rəhbərliyinin sözlərinə istinadən xəbər verir ki, bir araya gəlib ictimai birliyi yaratmaqda məqsəd yurd-yuvasından didərgin düşmüş soydaşlarımızı öz ətrafında birləşdirib zəbt olunmuş torpaqların, o cümlədən Kəlbəcərin işğaldan tezliklə azad edilməsi uğrunda mübarizə aparmaqdı: ”30 ilə yaxındır işğal olunan ərazilərin danışıqlar yolu ilə qaytarılması cəhdlərinin uğursuzluğu artıq daha konkret addımların atılmasını zəruri edir. Bu dövrdə ermənilərin Kəlbəcər də daxil olmaqla, işğal altındakı torpaqlarımızda rahatlıqla məskunlaşması göstərir ki, nəticəsiz danışıqlar yalnız onların həmin ərazilərdə möhkəmlənməsinə şərait yaradır”.

İctimai Birlik torpaqların tez bir zamanda erməni tapdağından azad edilməsi üçün həm Azərbaycan hökuməti, həm də problemin həlli ilə məşğul olan beynəlxalq təşkilatlar qarşısında konkret təklif və tələblərlə çıxış etməyi planlaşdırır.

Yazıya 692 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.