İrəvan Teatrı bu il yeni səhnə əsərləri ilə tamaşaçıların görüşünə gələcək

irevanCəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı bu il (138-ci mövsüm) yeni səhnə əsərləri ilə tamaşaçıların görüşünə gələcək.

AZƏRTAC xəbər verir ki, bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.

Bildirib ki, teatr Qoşqar Narqabilin “Rəis və 5 dul qadın”, Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir”, Qəşəm Nəcəfzadənin “Albert Aqarunov”, Vasili Siqarevin “Şeytan ailəsi” əsərlərinin səhnələşdirilməsini nəzərdə tutur.

Bununla yanaşı, “Ulu öndər Heydər Əliyev ideyalarını təbliğ edirik” layihəsi çərçivəsində şair-dramaturq İftixarın “Qurtuluş dastanı” və “Haqq mənəm” tamaşaları ilə qastrol səfərləri də nəzərdə tutulur. Həmçinin Türkiyə Cümhuriyyətinin Konya Dövlət Teatrının dəvəti əsasında “Haqq mənəm” tamaşası ilə festivalda iştirakı da nəzərdə tutulur.

Qeyd edilib ki, bu il İrəvan Teatrının inzibati binasının əsaslı təmirdən sonra açılışı da gözlənilir.

Yazıya 405 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.