Bakıda “Xıdır Nəbi” bayramı keçirildi

87064054_190257832188597_4243861188087119872_n Bakı  şəhərində təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi  münasibətilə keçirilən “Xıdır Nəbi” bayramı qeyd edilib. Bayram mərasiminə  qatılan tanınmış müğənnilər, muğam ustaları və qəqs qrupları öz rəngarəng çıxışları ilə məclis iştirakçılarına xüsusi zövq veriblər. Böyük coşqu ilə keçən bayram tədbirində məclis iştirakçıları əl-ələ verərək, qara zurnanın sədaları altında yallı gedib, rəqs ediblər. Tədbir boyu göstərilən kiçik tamaşa parçaları, söylənilən şeir və hakıştalar da izləyicilərdə xoş təəssüratlar yaradıb. Tədbirdə ölkəmizin bir çox dəyərli elm və sənət adamları, yazıçı və şairləri iştirak edib. Sonda səhnəyə Azərbaycan bayraqları gətirilib.

Tədbir “Naxçıvanlılar qrupunu”n üzvlərindən Azər Əsgərov, Fərahim Sadiq, Yalçın Nəbiyev, Vaqif Şahsuvarov və Kənan Şərifovun təşkilatçılığı ilə keçirilib.

Yazıya 406 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.