“Sultan II Murad” romanının təkrar nəşri 

            obl_Akif Abbasov-Sultan IIRoman ilk dəfə 2015-ci ildə “Mütərcim” nəşriyyatında çap olunmuş, geniş oxucu kütləsinin rəğbətini qazanmışdı.  Əsərə olan marağı nəzərə alan müəllif – yazıçı Akif Abbasov onu daha da təkmilləşdirərək bu il nəşrə təqdim etmişdi.

Roman yenidən “Mütərcim” nəşriyyatında  çap olundu.

Redaktorlar professor Telman Vəlixanlı və pedaqogika üzrə fəlsəfə doktoru, yazıçının qızı Lalə Məmmədlidir.

Əvvəlki nəşrindən fərqli olaraq, müəllif bu dəfə kitaba “Sultan II Murad” romanından başqa son illərdə qələmə aldığı bir sıra hekayələrini də daxil etmişdir.

Roman Osmanlı imperiyasının altıncı hökmdarı Sultan II Murada həsr edilmişdir. Əsərdə II Murad xanın XV əsrdə Bizans imperiyası, Serbistan, Macarıstan və digər dövlətlərlə münasibətləri, Konstantinopolu mühasirəyə alması,   Osmanlı dövlətinə dönük çıxmış Düzməcə Mustafa və Şahzadə Kiçik Mustafa ilə, bəzi bəylərbəylərlə mübarizəsi, Varna və  II Kosovo döyüşlərində qazandığı parlaq qələbələr öz əksini tapmışdır.

Həyatdan alınmış hekayələrdə sadəlövh insanların qarşılaşdıqları qəribə hallar təsvir olunur, fırıldaqçılar, yaltaqlar, tamahkarlar tənqid edilir.

 

Yazıya 349 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.