Bəhai İbadət Evləri – Məşrikül-Əzkarlar

bb1Bəhai İbadət Evləri – Məşrikül-Əzkarlar

İbadət evləri (aşram, sinaqoq, kilsə, məscid və s.) dinlərin ən əhəmiyyətli atributlarından biridir. İbadət evlərinin əhəmiyyəti icra etdikləri ibadət, mərasim və təcəssüm etdirdikləri dini fikirlərdən daha genişdir: ibadət evlərinin memarlıq konsepsiyası dinin Allah və yaradılışla bağlı ideyalarını ortaya qoyur, mövcud mədəniyyətdə və şəhər memarlığında əsas elementi kimi çıxış edir.

XIX əsrin ortalarında yaranmış və təşkilatı formalaşması XX əsrin 60-cı illərində başa çatmış Bəhai dinində də ibadət evlərinin xüsusi yeri vardır. Bəhai dininin banisi Bəhaullah buyurur: “Ey dünya insanları! Bütün dinlərin Rəbbi olanın adı ilə bütün ölkələrdə ibadət evləri tikin.Onlara mümkün olan bütün mükəmməlliyi verin və bəzəyin…Və sonra nur və sevinc içində Mərhəmətli Rəbbinizi tərifləyin….”.

Bəhai İbadət evləri “Məşrikül-Əzkar” (“Allahın mədh edildiyi yer”) adlanır və o, Bəhai Dinin inzibati quruluşunda xüsusi təyinatları olan təssisat kimi götürülür. Əbdül-Bəhanın “dünyanın ən həyati qurumlarından biri” kimi xarakterizə etdiyi Məşrikül-Əzkar, Bəhai həyatının iki əsas, ayrılmaz hissəsini özündə birləşdirir: ibadət və xidmət.Bu təsisatın bəzi xüsusiyyətlərini nəzərdən keçirək:

Bəhai dini Bir Ümumi Din (dinlərin əzəli birliyi) konsepsiyasından çıxış edir və Məşrikül-Əzkar, dinindən asılı olmayaraq hər kəsin üzünə açıqdır; Bəhai ibadət evlərində birgə namaz, xütbə və digər ayinlər yoxdur. Dualar və Müqəddəs Yazılar musiqi alətlərindən istifadə edilmədən xor tərəfindən ifa olunur.Burada icra edilən ibadəti ümümbəşəri də adlandırmaq olar: bu məkanda Bəhai duaları ilə yanaşı dünyanın müxtəlif dinlərinin Müqəddəs Yazılarından dua və parçalar oxunur.

İbadət Evlərinin memarlığı, Bəhai Dininin ətraf cəmiyyətə münasibətini təcəssüm etdirir. Onlar işıqlı otaqlardan ibarət olub, bəzədilməsi yerli ənənələrə uyğundur və eyni zamanda Bəhai Dininin “Müxtəlifliyi Birliyi” konsepsiyasını özündə əks etdirir. Dünyanın müxtəlif qitələrində tikilmiş və tikilməkdə olan Bəhai İbadət evləri yerli mədəniyyətin elementlərini daşısa da, onları birləşdirən ümumi xüsusiyyətləri vardir: o,doqquztәrәflibinatәәssüratı yaratmalı, memarlıq baxımından gözәlolmalıdır. O, ağa­clarvә güllәr әkilmişvә fәvvarәlәriolanbağın mərkəzində yerləşməlidir.İbadət evlərində mərkəzi zal günbəzlə örtülməli, binanın doqquz giriş qapısı olmalıdır. Məbədin bu quruluşunda Dinlərin birliyi ideyası rəmzi olaraq çatdırılır: müxtəlif Dinlərə məxsus insanlar sanki müxtəlif qapılardan binaya girir, lakin sonra bir Yaradana ibadət etmək üçün bir araya gəlirlər.

İbadət evlərinin bir sıra təyinatları vardır ki, Əbdül-Bəha bu haqda yazmışdır: “Məşriqül-Əzkar -  Dinin həyatı vacib təsisatıdır və onun bir çox təyinatları var: onun nəzdində xəstəxana, xeyriyyə apteki, zəvvarlar üçün qonaq evi, yetimlər üçün məktəb və ali təhsil verən  universitet fəaliyyət göstərir. Hər Məşrikul- Əzkar bu beş qurumun varlığını nəzərdə tutur….Məbəd yalnız dua etmək üçün deyil; o, bütöv və tamamlanmış struktur olmalıdır”

Bəhai İbadət Evləri statusuna görə üç kateqoriyaya bölünür:qitə, milli və yerli. Dünyada doqquz qitə Bəhai ibadət evi tikilib. Onlardan biri – Aşqabad İbadət Evi Sovetlər dönəmində dağıdılmışdır. Hazırda mövcud olan səkkiz Qitə ibadət evləri Avstraliya, Almaniya, Qərbi Samoa (Okeaniya), Hindistan, Panama, ABŞ, Uqanda və Çilidə fəaliyyət göstərir. Bəhai dinin Ali Ruhani və İnzibati orqanı Umumdünya ədalət Evinin qərarı ilə 2012-ci ildən etibarən Milli və Yerli Bəhai İbadət evlərinin tikintisinə start verilmişdir. Hazırda 2 Milli və 5 Yerli ibadət Evilərinin inşası həyata keçirilməkdədir.

 

Aşqabaddakı Bahai İbadət Evi

bahai ibadat eviƏbdül-Bəha 1902-ci ildə Aşqabadda İbadət Evini tikdirmək göstərişini verir. Bünövrənin qoyulması mərasimi 1902-ci il oktyabrın 10-da  keçirilir. Artıq 1907-ci ildən etibarən İbadət Evində həftəlik dua məclisləri təşkil edilir və Bahai bayramları qeyd olunurdu. Sovet hakimiyyətinin ilk illərində Bəhai icmalarının Aşqabadda böyüməsi və çiçəklənməsi davam edirdi. Təqiblər 1926-cı ildə İran mənşəli bəhailərin SSRİ-dən qovulması ilə başladı. 1928-ci ildə bütün dini binalar dövlətin mülkiyyətinə keçirildi. Yerli hakimiyyətlə aparılan danışıqlar nəticəsində icma ibadət evini 5 il müddətinə icarəyə götürə bildi. 1938-ci ildə təqiblər yenidən başlayır və İbadət Evi müsadirə edilir. On il ərzində (1938-1948) İbadət evində Dövlət Təsviri Sənət Muzeyi yerləşirdi. 1948-ci il oktyabrın 5-dən 6-na keçən gecə baş verən zəlzələ İbadət Evinin binasına ziyan vurdu: minarələr aşdı. Tamamilə məhv olmuş Aşqabadda məbədin bərpasından söhbət gedə bilməzdi. Bina baxımsız vəziyyətdə qaldı. 1958-ci ildə icma dövlətə ibadət evini  öz vəsaiti hesabına təmir etməyi təklif etdi. Heç bir reaksiya verilmədi. 1963-cü ildə dövlətin qərarı ilə İbadət Evinin binası dağıdıldı. İndi onun yerində türkmən xalq şairi Maxtumqulinin abidəsi qoyulmuşdur.

 

 

 

Uilmetdəki (ABŞ) Bahai İbadət Evibb1

XIX əsrin 90-cı illərində Bəhai dini Amerika qitəsinə yayıldı və amerikalı bəhailər Əbdül-Bəhadan ABŞ-da ibadət evi tikintisinin başlamasına icazə verilməsini istədi. Əbdül-Bəha 1912-ci ildə ABŞ-a ziyarət etdi və Miçiqan gölünün sahilində, Çikaqo şəhərindən şimalda, Uilmetdə yerləşəcək İbadət Evinin ilk daşının qoyulmasına qatıldı. Lakin dünya müharibələri və maliyyə böhranı səbəbindən İbadət Evinin tamamlanması xeyli ləngidi və o, yalnız 1953-cü ildə tam hazır vəziyyətə gətirildi.ABŞ-dakı bəhai məbədinin 9 girişi üzərində Bəhaullahın Yazılarından aşağıdakı parçalar verilmişdir: Dünya bir Vətəndir, bütün insanlar onun vətəndaşıdır; Mənim nəzərimdə ən sevimli şey insafdır; Məni istəyirsənsə, ondan üz çevirmə. Ondan qafil olma ki, Mənim yanımda əmin tanınasan; Sevgim Mənim qalamdır, oraya daxil olan kəs nicat tapar və əmin-amanlıqda olar; Öz günahın olduğu halda, heç kimin günahı barədə nəfəs belə çəkmə!; Ürəyin mənim məkanımdır; nazil olmağım üçün onu təmizlə; Ölümü sənin üçün bir şadlıq müjdəçisi etdim, nə üçün ondan hüznlənirsən? Məni Yerimdə zikr et ki, səni göyümdə xatırlayım; Ey Yer üzünün zənginləri!  Aranızdakı yoxsullar mənim əmanətimdir. Əmanətimi yaxşı saxlayın; Hər cür elmiliyin mənbəyi Allahı dərk etməkdir, qoy İzzəti uca tutulsun.Uilmett İbadət Evi bir köməkçi müəssisəyə – ahıllar evinə malikdir.

Sidneydəki (Avstraliya) Bəhai İbadət Evi

bb2Bəhai dini Avstraliyada 1920-ci ildən tanınır. 1955-ci ildə Avstraliya icması Sidney ətrafında ibadət evi üçün torpaq sahəsini satın aldı. Tikinti işlərinə  1957-ci ilin aprelində başlanmış və artıq 17 sentyabr 1961-ci ildə açılışı olmuşdur. İbadət Evinin ərazisinin ümumi sahəsi – 10 hektar, tutumu – 600 oturacaq, hündürlüyü – 39,6 m, xarici xətti boyunca diametri – 40,2 metr təşkil edir.  “Ən böyük ad”ın (“Ey İzzətlilərin İzzətlisi!”) rəmzi məbədin tavanında yerləşir. Burada ibadət, xorun müşayəti ilə Müqəddəs Yazıların ucadan oxunmasından ibarətdir. Dua proqramı bazar günü saat 11-də başlayır və 40 dəqiqə davam edir. İbadət evində xütbələr oxunmur, pul yığılmır: yalnız bəhailər məbədin saxlanılması üçün  iyanə verirlər. Müqəddəs günlərdə məbəddə xüsusi proqramlar təşkil olunur. Xüsusi tədbirlər digər vacib günlərdə də ola bilər, məsələn, Beynəlxalq Qadınlar Günü, Beynəlxalq Sülh Günü və s.

 

 

Kampaladakı (Uqanda) Bəhai İbadət Evi bb3

25 dekabr 1938-ci ildə Şövqi Əfəndi dünyanın üçüncü ibadət evini Tehranda tikməyi təklif etdi. Lakin İrandakı vəziyyət inşaatın başlamasına imkan vermədi və 20 avqust 1955-ci ildə Şövqi Əfəndi onun yerinə əvvəlki layihəyə əsasında Kampalada (Uqanda, Afrika) İbadət Evi qurmağa qərar verdi. Təməl atma mərasimi 26 yanvar 1958-ci ildə baş tutdu. Şövqi Əfəndinin həyat yoldaşı Ruhiyyə Xanım və Musa Banani məbədin bünövrəsinə içində Babın həbs olunduğu Maku qalasından bir parça gips olan gümüş qutunu qoydular. Məbədin açılış mərasimi 15 yanvar 1961-ci il tarixlərində baş tutdu. Mozaikalı plitələrlə örtülmüş yaşıl günbəz İtaliyadan, kirəmitlər Belçikadan, divar panelləri üçün rəngli şüşə Almaniyadan gətirilmişdir. Məbədin divarları Uqandanın özündə çıxarılmış daşdan hörülmüşdür. Məbədin ərazisi 20 hektardır.

 

 

Hofheymdəki (Almaniya) Bəhai İbadət Evibb4

XX əsrin 60-cı illərinə kimi  Almaniya sakinləri qeyri-xristian dinlərə ehtiyatla yanaşırdılar. Bu səbəbdən Hofheymdəki (Frankfurt) İbadət evinin Afrika və Avstraliyadakı ibadət evləri ilə  eyni layihəyə uyğun olaraq inşa edilməsi mümkün deyildi. Bu baxımdan, Almaniyadakı ibadət evinin inşasından ötrü orijinal layihə memar Tevto Rohol tərəfindən təklif edildi. Avropa İbadət Evinin inşasına 20 Noyabr 1960-cı ildə başlandı və 4 iyul 1964-cü ildə onun açılış mərasimi keçirildi. Almaniyada Bəhai Məbədinin texniki göstəriciləri aşağıdakılardan ibarətdir: hündürlüyü – 28 m; tutumu – 450  oturacaq; zalın diametri – 23 metr;

 

 

Yeni Dehlidəki (Hindistan) Bəhai İbadət Evi (Lotus Məbədi)

bb5Yeni Dehlidəki İbadət Evi üçün ərazi 1953-cü ildə alınıb. Təməl daşı 17 oktyabr 1977-ci ildə Ruhiyyə xanım tərəfindən qoyuldu və inşası 22 dekabr 1986-cı ildə tamamlandı. Bəhai İbadət evi Hindistanda yaşayan bütün irq və dinlərə mənsub insanlar üçün açıqdır. Hər kəs buraya gəlib dua və meditasiya edə bilir. O, özünəməxsus dizayna malikdir. İbadət Evinin təsviri hindlilərin şüurunda Allaha xidmət ruhu ilə ayrılmaz şəkildə əlaqələndirilən, paklıq və müqəddəslik rəmzi olan lotus çiçəyindən ilham almışdır. İbadət evi doqquz geniş su hovuzu ilə əhatə olunmuşdur ki, bu da binaya əlavə cazibədarlıq verməklə yanaşı, zalın soyudulmasında mühüm rol oynayır. Əsas zala əlavə olaraq ofis, konfrans zalı, kitabxana və audio-vizual mərkəz daxildir. Yaxınlıqda, məbədin ərazisində təhsil mərkəzi var. Gələcəkdə məbədin ətrafında müxtəlif humanitar və sosial təsisatlar – kitabxana, məktəb, xəstəxana, uşaq evləri, qocalar və əlillər evləri yerləşəcəkdir. Məbədin ümumi sahəsi 10,7 ha olub, əsas binanın hündürlüyü 34,3 m, tutumu- 1300 oturacaq; ləçəklərin sayı 27, hovuzların sayı 9, əsas binanın diametri 70 m-dir. Ləçəklər betondan hazırlanıb, xarici ağ yunan mərməri ilə üzlənibdir. İbadət Evinə il ərzində 5 milyondan çox insan ziyarət edir. Buna görə də dünyanda ən çox ziyarət edilən bina sayılır.

 

 

Panama və Apiadakı (Qərbi Samoa) Bəhai İbadət Evibb7

Panamadakı İbadət Evi üçün torpaq hələ Şövqi Əfəndinin (1892-1957) dövründə əldə edilmişdi. İbadət evinin inşasına 1967-ci ildə başlandı. Binanın bünövrəsinə ilk daş həmin ilin 27 oktyabrında qoyuldu. İbadət 1972-ci ilin aprelində açıldı. Bina şəhərə baxan yüksək bir “Cerro Sonsonate” uçurumunda yerləşir. O, yerli daşdan istifadə edilərək tikilib. Hər ay təxminən 2000 turist məbədi ziyarət edir.

bb8

Qərbi Samoa hökmdarı II Tanumafili 1968-ci ildə Bəhai Dinini qəbul etdiyini elan etdi. 1974-cü ilin Novruz günlərində Ümumdünya Ədalət Evi, Qərbi Samoada İbadət Evinin inşa etmək üçün müsabiqənin başladığını bildirdi. Məbədin inşası üçün yer 1975-ci ildə alındı. Apiadaki İbadət Evinin inşasına 1979-cu ilin dekabrında başlandı və Okeaniyanın ilk Məşrikül -Əzkarı 1 sentyabr 1984-cü ildə açıldı. İbadət Evi üçün ənənəvi Samoa binası – falenin şəkli götürüldü. Zalın tutumu 500 nəfərdir.Perimetri boyunca yerləşən ikinci yarus xor da daxil olmaqla əlavə 200 nəfərin yerləşməsinə imkan verir. Günbəzin hündürlüyü 19 metr, diametri 27 metrdir.

 

 

Santyaqodakı (Çili) Bəhai İbadət Evi

bb9

Şövqi Əfəndi əhalisi Bəhai dininə qeyri -adi dərəcədə həssas olduğuna görə 1950-ci ildə Çilini Cənubi Amerikadakı ilk İbadət Evinin yeri kimi göstərdi. 2001-ci ildə Ümumdünya Ədalət Evi tikintinin başlandığını elan etdi. 2002-ci ilin sentyabrında Çili Milli Ruhani Məhfili ən yaxşı məbəd layihəsi üçün beynəlxalq müsabiqə elan etdi. 2005 -ci ilin oktyabrında Çilidə İbadət Evinin rəsmi inşasına başlanıldı və artıq 2016-cı ilin oktyabrında İbadət Evi möminlərin ilk qrupunu qəbul etməyə başladı. Bina, məbəd sahəsini əhatə edəcək doqquz qəşəng ləçəkdən ibarət idi. Bu nəhəng ləçəklər möhkəm alabasterdən hazırlanmışdır. Ləçəklərin arasındandan keçən işıq dəstəkləyici konstruksiyanın xətlərini vurğulayır. Məbədin daxili forması yaxşı akustik xüsusiyyətlərə malikdir və yerli mədəniyyətin xüsusiyyətlərinə cavab verir. Gecə, məbəd parlayan bir çırağa çevrilir. Çilidəki Bəhai ibadət evi  xalq arasında “işıq məbədi” adlandırılır.

 

Milli və Yerli Bəhai İbadət Evləri

Ümumdünya Ədalət Evi, 2012 -ci ilin baharında ilk iki milli Məşrikül- Əzkarın Konqo Demokratik Respublikası və Papua Yeni Qvineyada, beş yerli İbadət evinin Battambaqda (Kamboca), Bihar-Şərifdə (Hindistan), Matunda Soy (Keniya), Norte-del-Kauka (Kolumbiya) və Tannada (Vanuatu) qurulacağını elan etdi.bb10
Bu Mәbәdin sirri böyükdüvә indi açıqlana bilmәz, lakin İbadәEvinin inşası hal-hazırda birincdәrәcәli әhә­miyyәtә malikdir. Hәrbayramlar, qonaqlıqlar, qәbullar, ümumi yığıncaq­lar vә Ruhani Mәhfillәrin konfransları Mәşriq-ül Әzkarın yaxınlığında tikil­miş binalarda keçirilmәlidir. Dualar vә  İlahi Yazılar Mәbәdin daxilindә musiqi alәtinin müşayi­әti olmadan mәla­tli sәslә oxunmalıdır. Mәşriq-ülzkarınqapıları bütün in­sanların üzünә açıq olmalıdır.…Bu müәssisәlәr, yәni mәktәblәr, xәstәxanalar, yetimlәr, qocalar vә qonaqlar üçüevlәr, ali tәhsil mәktәblәri vә dixeyriyyәçilik müәssisәlәri tikilib başa çatdırıldıqdan sonra onların qapıları bütün xalqlar vә dinlәr üçüaçılacaq vә qәtiyyәn heç bir ayırıcı xәtt olmayacaqdır. Bu müәssisәlәrә daxil olan xeyriyyәçilivәsaitlәri mәәyi, millәti, irqi vә dini mәnsubiyyәtindәasılı olmayaraq hamıybәrabәxәrclә­nә­cәkdirOnların qapıları bütün bәşәriyyәtin üzünә hәmişә açıq olacaqdır. Bu müәssisәlәrdә heç bir yalnış fikir tәlqin edilmәyәcәkdir: burada tam mәhәbbәtkm sürәcәkdir. Mәrkәzi binadan ibadәetmәvә dua oxumaq üçüistifadә olunacaqdır. Belәliklә, din elmlә angdar fәaliyyәtstәrәcәk, elm dinә kömәetmәyә başlayacaq vә hәikisi bütün bәşәriyyәtә ruhani vә maddi rifah gәtirәcәkdir“.

XXI əsrin əvvəllərinə kimi onlar “hər qitəyə və ya adalar qrupuna bir məbəd” prinsipi ilə ucaldılırdı. Hazırda dünyanın 130 ölkəsində gələcək Milli və Yerli İbadət Evləri üçün xeyli torpaq sahələri  alınmışdır. Artıq tikilmiş İbadət Evləri isə Allaha etiqadın yeni prinsiplərini nümayiş etdirir. Bütün dünya üzrə Bəhai İbadət Evləri Allaha sitayişlə insanlığa xidməti birləşdirməyə həsr edilir. Bu məbədlər hamıya açıqdır və hər il milyonlarla ziyarətçiləri qəbul edir.Zamanı gələndə, hər bir Bəhai İbadət Evi icmanın ehtiyaclarına xidmət edəcək digər strukturlarla − xəstəxanalar, universitetlər və digər humanitar və sosial xidmət qurumları ilə əhatə olunacaq.

Әbdül-Bәha Çiqaqoda açılmış “AnaMәbәdә” dair Özlövhlәrindә yazır:

Azər Cəfərov

Bakı Dövlət Universitetinin dosenti,

Bəhai dini icmasının

ictimai Əlaqələr ofisinin koordinatoru

    Yazıya (315) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.