Torpağa qan tökərsən Vətən olar – Gülsüm ADİLQIZI yazır… (video)

WhatsApp Image 2021-10-06 at 14.27.44 (1)Naxçıvan səfərim yaddaşımda əbədi olaraq qalacaq. Çünki gördüyüm hər şey ürəkaçan idi. Şəhər və rayonlarda, hətta ucqar kəndlərdə belə nöqsan tapmaq qeyri-mümkündür. Təbii ki, görülən işlər öz-özlüyündən icra olunmur. Bütün bu gözəlliklərin başında dayanın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri,  Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, Azərbaycan dövlət xadimi – Talıbov Vasif Yusif oğludur. Xalq arasında sevilən bu şəxsiyyət – elmin inkişafında, abadlıq işlərində, yeni tikililərin salınmasında böyük rolu var. Mən onu Naxçıvanın döyünən ürəyi sandım.

Asfalt yollar səni 7 rayonun ən ucqar kəndlərinə çox rahatlıqla çatdırır. Bir neçə günlük səfərimdən razı qaldım.

Naxçıvana gedişimin səbəbi, şəhidlər haqqında yazılan kitabları Naxçıvan Mərkəzi kitabxanaya və 7 rayona çatdırmaq idi. Biz, o kitabları Mədəniyyət Nazirliyinin icazəsi ilə lazım olan kitabxanalara çatdırmaq üçün Mərkəzi Kitaxanada olduq. Kitabları Mərkəzi Kitabxanaya təqdim etdik. Digər 7 rayonun kitablarının çatdırılmasını isə Mərkəzi Kitabxana direktoruna həvalə etdik.
Kitablar qeydiyyatdan keçəndən sonra yerlərinə çatdırılacaq.
Mən Naxçıvanda şəhidlərə və şəhid ailələrinə olan yüksək dəyər gördüm. Hətta bu dəyərin bariz nümunəsi Xatirə Muzeyi oldu.

Bəli, torpağa su tökərsən palçıq olar, torpağa qan tökülərsə Vətən olar. Torpağı qanları ilə sulayan, şəhidlik zirvəsinə ucalan oğulları yaşadan Vasif Talıbovun özü də bir qəhrəmandır.

WhatsApp Image 2021-10-06 at 14.27.44

 

WhatsApp Image 2021-10-06 at 14.27.42

 

WhatsApp Image 2021-10-06 at 14.27.43

 

 

Yazıya 365 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.