XI “Fənlərin Dostluğu Olimpiadası”nın mükafatlandırma mərasimi keçirildi

fdo2Dekabrın 21-də Azərbaycan Texniki Universitetinin akt zalında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təşkil olunan XI “Fənlərin Dostluğu Olimpiadası”nın mükafatlandırma mərasimi baş tutub.

FDO Təşkilat Komitəsinin rəhbəri tarix üzrə fəlsəfə doktoru, dosent Elvin Əliyev giriş sözü ilə tədbir iştirakçılarını salamlayıb.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin ruhunu  yad etməklə açıq elan olunub.

Layihənin ideya müəllifi, Hədəf Şirkətlər Qrupunun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq olimpiadanın keçdiyi yol haqqında məlumat verib.,

Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev qalibləri təbrik edib, gənclərin gələcək karyerasında bu tip olimpiadaların önəmini vurğulayıb.

FDO Təşkilat Komitəsinin üzvü Famil İsayev olimpiadada şagirdlərə təqdim olunan bəzi sual modelləri üzərindən fənlərarası inteqrasiyanın, sualların təqdimatında işlənmə mexanizmini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra Hədəf Kursları Sumqayıt filialı dinləyiciləri Şəmil Sadiqin müəllifi olduğu “Fənlərin söhbəti” şeirini, Hədəf Liseyi Nəsimi filialı balabilgələri “Xarı Bülbül” rəqs kompozisiyasını təqdim ediblər.

Tədbirin sonunda qaliblər səhnəyə dəvət edilib, olimpiadanın diplomu, fəxri fərman, Mənəvi Dəyərlərin Təbliği Fondunun xüsusi mükafatı və digər qiymətli hədiyyələrlə təltif olunublar.

Mükafatlandırma mərasimində Əməkdar təhsil işçisi Nadir İsrafilov, YAP Yasamal rayon təşkilatı sədri Bəxtiyar Nəbiyev, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Nizami rayon İH şöbə müdiri Əli Axundov, Nizami rayon bələdiyyə sədrinin müavini Vüqar Tarquliyev, İTE Əlavə təhsil mərkəzinin direktoru İsa Qasımov, BDU Kitabxanaçılıq fakültəsi dekanı Əlamdar Cabbarlı, Təhsil Nazirliyi yanında İctimai şuranın üzvü İlqar Orucov, “Təmiz Şəhər”ASC –nin İctimaiyyətlə əlaqələr şöbəsi müdiri Orxan Cabbarlı, 291 saylı Ekologiya Liseyi müdiriArif Əsədov və digər rəsmi qonaqlar iştirak ediblər.

2010-cu ildə “Hədəf Nəşrləri tərəfindən təsis edilən “Fənlərin Dostluğu Olimpiadası”nın bu ilki – XI buraxılışının təşkilatçıları Azərbaycan Texniki Universiteti, Hədəf Kursları və Hədəf STEM Liseyi, tərəfdaşları isə Medika Hospital, SinKOD yayın və dağıtım şirkəti, Eduhek, Sınaq İmtahan Mərkəzi, Kitabevim.az kitab mağazaları şəbəkəsi, Robotzade – Azərbaycanın ilk Robototexnika Marketi,  Ustad dərgisi, senet.az, azedu.az portalları  və Hedef Globaldır.

Xatırladaq Bakı, Sumqayıt, Xırdalan şəhərləri şagirdləri ilə yanaşı Respublikanın  digər 15 rayonundan olan iki minə yaxın  şagird olimpiadada  öz biliklərini sınayıb. Bu şagirdlər arasında ilk 10 yerin sahibi mükafatlandırılıb.

XI “Fənlərin Dostluğu Olimpiadası”nın bütün iştirakçıları Hədəf Kurslarından 10 % güzəştli təhsil, ilk 100 yerin sahibləri 20 %, ilk 10 yerin qalibləri isə 25-100 % güzəştli təhsil almaq hüququ qazanıb.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təşkil olunan XI “Fənlərin Dostluğu Olimpiadası”nın bu ilki buraxılışının qalibi mümkün 100 baldan 78,75 bal toplayan, Xətai rayonu 204 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Nihat Hüseynli olub.

XI “Fənlərin Dostluğu Olimpiadası”nın qaliblərini aşağıdakı cədvəldə təqdim edirik:

XI “Fənlərin Dostluğu Olimpiadası”nın qalibləri
Ad və soyad Sinif Məktəb
1 Nihat Hüseynli 9 204 saylı Xətai rayonu
2 Dəniz Səttarlı 10 Dəyanət liseyi
3 Murad Cəfərli 10 Dəyanət liseyi
4 Sevinc Mahmudova 9 Dəyanət liseyi
5 Zöhrə Tağıyeva 10 291 saylı Ekologiya liseyi
6 Aqilə Tağıyeva 10 270 saylı məktəb. Suraxanı ray
6 Lalə Həsənova 9 32 saylı məktəb, Sumqayıt şəh
7 Çimnaz Vəlibəyli 10 35 saylı məktəb, Sumqayıt şəh
8 Telman Məmmədov 9 Dəyanət liseyi
9 Xəyal Əliyev 9 Dəyanət liseyi
10 Estella Əhmədzadə 10 TET Gimnaziya

 

fdo4

fdo1

fdo3

 

fdo5

fdo2

    Yazıya (69) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.