Azərbaycanlı pianoçu Etibar Əsədli beynəlxalq festivalda çıxış edəcək

etibar859fn

Noyabrın 10-da Fransanın paytaxtı Parisdə azərbaycanlı pianoçu Etibar Əsədlinin konserti keçiriləcək.

Bu çıxış “Jazz Colors Festival” beynəlxalq caz festivalı çərçivəsində Fransadakı Azərbaycan səfirliyinin mədəniyyət mərkəzində təqdim olunacaq. Bundan başqa, musiqiçi Bakıda keçiriləcək Beynəlxaq Caz festivalı zamanı, oktyabrın 23-də Muğam Mərkəzinin səhnəsində də çıxış edəcək.

Qeyd edək ki, Etibar Əsədli 1992-ci ildə Bakıda anadan olub. O, 2008-2013-cü illərdə Bakıda Caz Festivalında iştirak edib. 2014-cü ildə dəfələrlə İsveçrədə çıxış edib və 48-ci Montre Caz Festivalında iştirak üçün “Rast” qrupuna daxil olub. Oktyabrın əvvəlində Fransanın Flyor şəhərində Etibar Əsədlinin solo konserti baş tutub.

Source:

Yazıya 627 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.