Kinq dedikdə, ağlınıza nə gəlir? “Mufasa”? ,“The Last King of Scotland”?, “King Arthur”? Bəlkə “Suicide Kings”?!
Təklif edirəm ki, daha qlobal Kinqdən söhbət edək. Stiven Edvin Kinqdən. 306 səhifəlik “Qaçan adam” (The Running man) romanını 10 günə yazan şəxsdən… Onun təxəyyülünün nəticəsində yaranan “Mizeri”nin (Misery) tarixi daha maraqlıdır. Əminəm ki, kinomanlar bu filmə baxıblar. Sevimli yazıçısını evində dustaq saxlayan tibb bacısının hekayəsini Stiven belə nəql edir: “Dustaq yazıçı mənəm, tibb bacısı? Tibb bacısı spirtli içkilər və kokain. Bəli, bu film mənim içkiyə, kokainə aludə olmağımın hekayəsidir”. Nəzərinizə çatdırım ki, aktrisa Keti Beyts bu filmə görə “Oskar” və “Qızıl Qlobus” mükafatlarına layiq görülüb. Pis deyil, hə? İçkiyə qurşanan yazıçının özü barədə yazılan və illərlə küncdə qalan hekayəsinə çəkilən film və “Oskar”!
“Qaçan adam” və “Mizeri” – hər iki əsər Kinqin artıq məşhurluq dövrünə təsadüf edir. Bəs onu necə tanıyıblar? “Kerri” (Carrie) – onu oxuculara sevdirən ilk romandır. Baxmayaraq ki, əsəri bitirdikdən sonra onu zibil qutusuna atmış, yalnız xanımı Tabitanın sayəsində bu kitab nəşriyyat evinin əlinə keçmiş və Kinqlərin ailəsinə məşhurluqdan savayı, həm də 400 000 dollar xeyir gətirmişdir.
Stivenin ilk dəfə niyə yazdığının səbəbini öyrəndiyimdə çox təəcüblənmişdim. Hətta sınamaq qərarına gəlmişdim. Səbəb? Xəstələnirsən, həkim sənə evdən çıxmağa icazə vermir və sən sevdiyin komiksi olduğu kimi köçürməyə başlayırsan. Amma..?! Komiks bitdiyi zaman nə edirsən? Bəli! Davam edirsən! Komiksi davam etdirirsən… Steven kimi. Buna görə hətta anan tərəfindən mükafatlandırılırsan. Cəmi 1 dollar… Amma 6 yaşında… Bəlkə elə buna görədir ki, Stiven indi də ssenarilərini 1 dollara satır, lakin müqavilədə kiçik bir əlavəsi olur. Qazanılan gəlirin 10 %-i Kinqə çatır. “Şouşenkdən qaçış” (The Shawshank redemption), “Yaşıl Mil” (The Green Mile) kimi filmlərin gəliri 500 milyonu keçib. Kinqin pulunu saymıram, sadəcə yadıma düşdü.
Yəqin ki, çoxunuz Kinqin rok musiqisi fanatı olduğunu bilirsiniz, bəs onun rok qruppada çıxışından necə, xəbəriniz var? Rok-Bottom-Rimeynders… Əsası yalnız yazıçılardan ibarət bu qrup artıq konsertlər verir, hətta bu iş gəlir də gətirməyə başlayıb. Necə deyərlər, pul pulu gətirər.
“O”(It) – Bu film haqqında danışmaq istəmirəm, çünki uşaqlıq illərimin ən qorxulu filmidir. “Dolores Kleyborn” (Dolores Claiborne), “Tominokerlər” (Tommyknockers), “Zülmət” (The Mist), “1408”, “Onlar bəzən geri qayıdırlar” (Sometimes They come back) və 200-dən çox film və kitab…
Kinq sevərlər yaxşı bilirlər ki, yazıçının bütün əsərlərindəki qəhrəmanlar elə onun özüdür. Stiven romanlarında, əsərlərində, ssenarilərində – hər yerdə öz həyat yolunu qələmə alır.
Təşəkkürlər, Stivi! Sizə isə Kinq həyatı arzulayıram! Hər bir mənada…
Mənbə: buro24/7.az
M
Mənb
Yazıya 644 dəfə baxılıb