Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) qərargahında DADP Gənclər Təşkilatının təşəbbüsü ilə “Terrora qarsı” adlı dəyirmi masa keçirilib.
Partiyadan kultur.az-a verilən məlumata görə, dəyirmi masa öz işinə ötən həftə Türkiyənin paytaxtı Ankara şəhərində baş vermiş terror aktında ölənlərin ruhunun yad edilməsi ilə başlayıb. Azərbaycan-Türkiyə dostluq münasibətlərindən danışan DADP Gənclər Təşkilatının sədri Nigar Abdullayeva deyib ki, hər zaman olduğu kimi, yenə də öz qan qardaşlarımızın yanında olacağıq. Partiyanın aparat rəhbəri Bəybala Mirzəyevin terror barədə geniş şərhi ilə davam edən Dəyirmi masada gənc təlimçi Orxan Bayramov da mövzu barədə ətraflı danışıb.
Qeyd edək ki, tədbirə məktəblilər də cəlb olunub. Gənc nəslin bu mövzuda olan tədbirə cəlb olunması onların bu sahədə maarifləndirilməsinə və terrorun hansı fəsadlara səbəb olduğunu, eyni zamanda insanlığa tamamilə zidd bir hərəkət olmasını aşılamaq məqsədi daşıyıb.
Yazıya 548 dəfə baxılıb