Həyatda xoşbəxt insan yoxdu.. bu söz yaşamı asanlaşdıran bir təsəlimidir, yoxsa elə həqiqətən böyüklərin dediyi kimi “an”larda gizlənib xoşbəxtlik? Əslində, ehtiyac duydugumuz Moşunun qafiyəsini tapmadığı o “xoşbaxtlıx” deyil… Hər birimizin bir ovuc azadlıq ehtiyacımız var. Bəlkə də, bunun üçün tapmadığımız o qafiyənin adını xoşbəxtlik qoyuruq… AZADLIQ VƏ XOŞBƏXTLİK..
Son illərdə ən çox qarşılaşdığım sözlərdi. Söz də var deyirlər “İnsanlarda nə çatışmırsa, ən çox ondan danışarlar”
Azadlığa dair hər kəsin azad düşüncəsi var. Bunun üçün də kimsənin özəlinə qarışmadan birbaşa məsələyə keçəcəm.
Azadlıqda insanlar kimi bir necə qrupa bölünməkdədi. Söz azadlığı,fikir azadıgi,sex azadligi ve s .Fərqindəysəniz illər boyu dustaq qalan mentalitet əsiri olan da məhz bu terminlərdi. Məsələn götürək musiqini. Musiqi azadlıga çoxdan qovuşub. çünki musiqinin dili, dini, vətəni yoxdu. Bu o anlama gəlir ki, nəyin dili, dini, vətəni varsa, azadlıgı əlindən alınıb. Təbii ki, burda din, dil, vətən məcazi anlamda da qəbul edilə bilər.
Azadlıq ilk növbədə insanın daxilində başlayır. Öz icində üsyan etmek,devirmek,qalib gəlmək sıradanliqdan cixa bilmək, sürü psixologiyasini silib ata bilmkele başlayir.Sacın müxtelif hətta anlaşılmaz rənglərə boyamaq. Çilpaq gəzməmek xətrinə bir şeylər geyməklə azadlıq ne təbliğ olunmur, nə də alqışlanmır.Təbii ki, geyim də hər kəsin öz seçimidi.Amma gəlin azadligi belə dar cərcivədə müzakirə etməyək.Tez tez rastimiza cixan mental dəyərləri dəyərləndirək. İk öncə eqomuzu geyinək ve sual edək.Mentalitet bizə nələr verir və nələri götürür?.bəzən adama elə gəir kı mentalitet məhz həyətdə oturub bütün binanin”müqedderatini “bir packa günəbaxan tumuyla həl edən xalalardan başlayir.
İnsanlar fərqliliyi cətin qəbul edir necə ki fərqlilikdə hər insanin boyuna bicilməmişdi.
Qiz uşaqlarina baxiş bucagi ne qədər fərqlidi bu ve dinin hegemonluq etdiyi məmləkətlərdə.Dilimzə dolaşmiş filankəsin qizi filankəsin arvadi sözlərindən başqa sanki danişmaga ve həll etməyə bir dərdimiz yoxmuş kimi cayxanalarda nərd atan əmilərin söhbətinin əsas mövzuzsu olur.Ən cətini isə kəndlərdə qiz olmaq qadin olmaqdi.Televiziyadan başqa alacaqlari hec bir məlumat yerinin olmamsi ki televiziyaılardada eyni mövzulu verilişlər.seriyallar şou biznes adamlarinin təmtəraqli yaşayiş tərzi.Hələ gəl gör bir mügənni xanimin evini göstərsinlə. O saat “tum cirtlayan xalalar sanki onunla bir evdə qalirmiş kimi”az bunu bilirsen kim saxlayir..Və dogru ya yalniş sorqulanmadan məlumat bu evdən başqa evə daşinir sonra bütün kənd xəbərdar olur.təbi bele söhbətlərdə ən cox zərə görən qiz uşaqlari olur.Maraqlisida odu ki bir allahin bəndəsi durub demir ki sənə nə ay baci o qadinin varindan evindən sevgilisindən.mən bunu mugənnilərin timsalinda yazdim. Amma gəl gör ki nə qədər ailə məhz bu tum cırtlayan qadınların belə cılız söhbətlərinin qurbanı olur. Birinci sinifə gedəndən “müəllimə mənim qızmı oğlanlarla otuzdurma”deməklə başlayır mentalliq.Nədi o valideyinin beynindeki mentiq?O alti yaşli qiz uşagi nə məqsədlə alti yaşlı\olan uşagiyla eyni partada oturmasin ki?Əfsus ki bu sualin cavabini o valideyin özü belə bilmir.Qiz dogdugu ücün zaten bir addım geridə qalan o qadin indi var gücüylə qizina oglanlardan uzaq durmagi başiaşagi olmagi dəsdən evə evdən dərse gəlməyi tapşiranda beynində yalniz bu düşüncə olur “men qızımı ev qızı kim i yetişdirim ki kənddə ən tez mənim qizimi alsinlar.Bir də bütün qizlara deyilən söz var haa “nə olursan ol axırda gedib bozbaş bişirecəksən.
Yetkinlik yaşına təzəcə basmış bir kənd qızı ücün Bakı sadəcə seriyallarda gördüyü və mugənnilərin dəbdəbəli həyatından başqa bir şey deyil.
Kəndlırdəki vəziyyəti saatlarca müzakirə etmək olar.Amma birinci evin ici məsələsi var axi..Qayidaq Bakıya.Bildiyimiz ya bilmədiyimiz o qədər sirri var ki Bakının dagılsada demz hec kimə..Gün üzünə cıxanlarıda qəzetlərin ücüncü səhifesindən oxuya bilərik.. Çox zamanda başlıqlar eynidi filankəs arvadını başını kəsdi, cinayət qısqanliq zəminində baş verib ve s.
Artıb belə hadisələr ya da hər zaman belə olub bizə indi catır.Məlumatdan bol nə var ki ölkəmizdə. Kəsmək, doğramaq öldürmək çıxış yolu deyil, qardaşlar. Amma o an üçün yəni xəyanətə ugradıgın an üçün bəlkə, bu az belə qalır. Hər birimizin isə beynində bir sual var, nədən xəyanət edər qadin və ya kişi ? Gedib aglı başında iki insan kimi danışsalar, anlaşsalar bu, bu, bu səbəbdən səninlə yaşaya bilmirəm desələr olmazmi?Çoxmu avropasayagi baxiş oldu?
Amma yoox qadinlar gizlində etəmyi secərlər.həyat yoldaşlarından maddi aslılıqlari var axi birdə hər şeydən xəbərsiz üc dörd uşaq.. bir də hec vaxt olmadıqları azadlıgı verirsə sosial şəbəkələr onda iş dəyişər.
Yenicə tanış olduğu adamın sevgi vədlərinə çoxdandı hiss etmədikləri xüsusi diqqətə aldanırlamı və ya da aldanmaqsa müsait olurlarmı orasını bilmirəm. Bildiyim tək şey dağılmış ailə qururu sınmış kişi və bir də hələ ki günahsız uşaqlar qaldığıdı.Hə hələ ki günahsız.. axı ən dəhşətli günahları dagılmış ailələrdən çıxan uşaqlar edir.
Bu mentallıq bizə nə qazandırır, dəqiq deyə bilməsəm də bir şeydən adım kimi əminəm biz hələ də azadlıgı ətək qısaltmaqda,evli adamlarla esq yaşamaqda, ağzındakı içki qoxusuyla kişilərdəndə betər söyüş söyməkdə görən qadinlar eyni zamanda hələ de qız uşağını diri-diri zibilliyə atan,qazandigi pulun yarıdan coxunu öz şəxsi tələbatına xərcləyən,evindəki qadın acından ölsə də namuslu olsun qadını hər zaman əşya kimi görən və qeyrət deyincə ilk ağlına gələn qadın cinsiyyət orqanı olan insanlarla bir vətənin vətəndaşıyıq.
Gəlin əvvəlcə düşüncəmizi azad edək.. bu ki öz əlimizdədir…
Yazıya 826 dəfə baxılıb