79 yaşlı kişi üçüncü dəfə hərbi xidmətə çağrıldı – MARAQLI

herbiModerator.az türk mediasına istinadən xəbər verir ki, Türkiyənin Kayseri əyalətində yaşayan təqaüdçü Emin Sarıkaya həyatında üçüncü dəfə hərbi xidmətə çağrılıb.
İlk dəfə hərbi xidmətini 1957-ci ildə iki il sürən Emin Sarıkaya hərbi xidmətdən iki ay sonra yenidən hərbdən qaçaq kimi növbəti dəfə hərbi xidmətət çağrılıb. İlk dəfə hərbi xidmətini Ərzurumda 256-cı piyada alayının 1-ci bölüyündə xidmət keçir və 1959-cu ildə tərxis olunur.
Ancaq o həqiqi hərbi xidmətdə olduğunu sübut edə bilmədiyindən növbəti dəfə hərbi xidməti çəkməli olub. Bu yaxınlarda  hərbi komissarlıqdan gələn növbəti bir məktubla yenidən hərbi xidmətə çağrılıb. Onun  bu dəfə də hərbi xidmətdən yayındığı iddia olunub və həqiqi hərbi xidməttə çağırılıb. E. Sarıkaya deyib ki, səhhəti imkan verdiyi qədər əsgərliyə getməyə, Vətən üçün hər şey etməyə hazırdır.

Yazıya 592 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.