Azərbaycanın yadplenetlilərdən informasiya alan “Vanqa”sı

vanqa1990-cı illərin əvvəllərində bu qadın haqqında müntəzəm yazılırdı. Bəzi insanlar şəfa almaq, gələcəkdən xəbər tutmaq, bəziləri isə sırf sensasion məqalə yazmaqdan örü bu xanıma baş çəkirdilər. O dövrün mətbuatındakı müəmmalı hadisələrdən ibarət olan “Biz və uçan boşqablar” kitabında da “Azərbaycan Vanqası”na aid maraqlı məlumat dərc edilmişdi.

Bəli, Qusarda anadan olan və adı Bəsti olan bu xanıma bəzi keyfiyyətlərinə görə Azərbaycanın Vanqası deyilirdi. O, da bütün dünyada tanınan, proqnozları bu gün də hamının diqqətində olan məşhur görücü Vanqa kimi bəzi xüsusiyyətlərə sahib idi: insanın şəklinə, yaxud özünə baxaraq bütün daxili orqanlarını və oradakı problemləri görür, həmçinin o şəxsin keçmişdə üzləşdiyi, gələcəkdə rastlaşacağı bütün xəstəlik və problemləri sadalayırdı.
Moderator.az  Azərbaycanın Vanqası hesab edilən həmin xanım haqqında yazını təqdim edir:
“Bəsti xanım (fotosu verilsə də heç bir yerdə soyadı səsləndirilmir) 1956-cı il mayın 5-də Qusar rayonunun Cibir kəndində anadan olub. 1969-cu ildə ailəsi Bakıya köçüb. Bəsti təhsilini burada başa vurub. Haqqında yazılan məlumatlara görə ali qüvvələr onu çox sınağa çəkiblər. 1987-ci ildən etbarən isə özündə qeyri-adi qüvvəni hiss edib. O bolqar bəsirətçi Vanqa kimi daxili və xarici xəstəlikləri müalicə edirdi. Vanqa ilə onun arasında olan başqa bir oxşarlıq da var idi. O, yanına gələn adamın keçmişi və gələcəyi ilə bağlı olanları kinolenti kimi gözlərinin qarşısında canlandırır və o barədə səslər eşidirdi. Həmin səs Bəstiyə nələrisə diktə etdikdən sonra, o da qarşısındakı adama bunları deyirdi.
Bəstinin Vanqa ilə arasındakı ən böyük oxşarlıq isə bu idi: O, müəyyən vaxt ərzində zaman və məkan daxilində keçmişdən gələcəyə çox asanlıqla keçirdi. Ölülər və canlılar barəsində qeybdən siqnallar alırdı. Hər cümə axşamı Ali qüvvələrlə görüşür, onlarla söhbət edir və kainatı səyahətə çıxırdı. Vanqada da kainatı səyahətə çıxmaq anlayışı var idi. Bəlkə də bu səbəbdən məşhur görücü hələ 100 il bundan sonra bəşəriyyət barəsində məlumat verə bilirmiş.
Bəsti 1990-cı illərin əvvəllərində mətbuatdakı çıxışında yadplenetlilərlə görüşdüyünü və bəzi siqnalların onlardan aldığını qeyd edirdi. Onun sözlərinə görə fəzalıların xüsusi proqramı var və yalnız həmin proqrama uyğun olan adamları oğurlayıb aparırlar”.
 

Yazıya 559 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.