“Davakaram”…

cavidanCavidan

 

 

Geniş göylər altında

ağac kimi

bir yerə yapışıb qalmaq,

onun-bunun üzərinə kölgə salmaq istəmirəm.

Qanadım var, uçmaq üçün doğulmuşam, –

Yarı insan, yarı quşam.

 

“Davakaram”, –

sürü-sürü nadanlarla yollaşmıram!

Sınıq-salxaq, köhnə-küşkül əqidəli

insanlarla yollaşmıram!

Əcdadının kölgəsində yatanlarla yollaşmıram!

Əmmaməli, səccadəli şeytanlarla yollaşmıram!..

 

İyrəndirir maskalanmış üzlər məni,

ürpəndirir buz baxışlı gözlər məni,

hirsləndirir yalan-palan sözlər məni…

saxtakarlıq, hap-gopçuluq istəmirəm!..

 

Qoy, nə deyir desin mənə

filankəs, bəhmənkəs, –

dəliyəm, doluyam,

höcətəm, hücətəm,

hər nəyəm – buyam.

Əlqərəz,

mən (!) sadəcə doğruçuyam.

Yazıya 808 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.