Əsgərin son vəsiyyəti…
Əlində qumbara, bir cavan əsgər,
Düşmənlə üz-üzə, dayanmışdı o.
Qərarı qətiydi, amalı pakdı,
O sərhədi keçib, qayıdacaqdı.
İşğalla, heç bir an, barışmırdı o,
Heç zaman, döyüşdən, çəkinmirdi o.
Dostarsa, sərhədi keçmə deyirdi,
Sən hələ cavansan ,getmə deyirdi.
O isə nəzər salıb, öz dostlarına,
Bir-bir sağollaşıb, dedi axırda:
Mən öz torpağımçun, qurban gedirəm.
Bilirsiz nə üçün bunu edirəm?
Atamın məzarı, Qarabağdadır.
Onun ruhu indi, qəmgin haldadır.
Mənim torpağımdır, mənim Qarabağ.
İndi qan ağlayır, həmin Qarabağ.
Tək onun uğrunda, ölməliyəm mən,
Atamın məzarın, görməliyəm mən.
Erməni kimdir ki, öldürsün məni?
Puşkinin diliylə, qorxaq erməni…
Sizə yalvarıram, geri dönməsəm,
Anama deyərsiz, bu sözlərimi:
Məni boya-başa, yetirən ana.
Boynumda haqqın var, dünya durunca.
Sən qara geyinmə, sən yas saxlama,
Sən fəğan qoparma, vaxtsız qocalma.
Anacan, ağlama, oğlun ölməyib.
Şəhidlik zirvəsi, uca zirvədir.
Bu sözü fəxrlə, mənə deyərdin
İndi sənin oğlun, o zirvədədir.
Dostlarım deyəndə, bu sözlərimi,
Bilirəm, dözməyib, ağlayacaqsan.
Ağlasan, ruhumu ağladacaqsan.
Dərdlənsən dərdimə ,dərd qatacaqsan.
Demə, oğlum öldü, qaldım indi tək.
Ana de ki, başın sağolsun vətən.
Vətənim uğrunda, qurban getmişəm,
Düşməni öldürüb, sonra ölmüşəm.
Məni bağışlayın, vaxtsız ölmüşəm,
Anam Azərbaycan, ana birdə sən.
Yazıya 578 dəfə baxılıb