Aygün SƏFƏRLİ – “Sonuncu tablo”

Aygün SafarYoxsul rəssamın yoxsul otağı,

Küçə fənərlərinin pəncərədən süzülən zəif isığı…

Əşya qarışığı

yatmış üzündə

Oyanmış qayğı

Setkaları torbalanmış

Döşəməyədək uzanmış.

Dəmir carpayı

Çox yorulmuş,

bərk yatmışdı

Bu səhər də, gec oyanmışdı.

Çaydanın altını yandırdı,

Cayına bir qənd saldı.

Kədərini yavanlıq edib

çörəyini çeynədi.

Nimdaş ayaqqablarını

yoxsulluğun qara üzüylə mazladı.

Axsam cəkdiyi tablo,

Səhər mehini kağızlar arasından udurdu.

Panamasını döyəcləyən payız yağısları

və evinin  Yanındaca balaca dizlərini

qucaqlayıb oturmuş qonşu oglanın

məsum baxlsları…

Ayrılıq qorxusu

Rəssam duyğusu

Kicik qucağa qoyduğu

Böyük tablosu

Bir də heç vaxt

Boyalara batmayacaq ressam barmaqlarının

Qızlı saçlarda gəzən

Sonuncu tumarı.

Yaglsdan islanmls,

Das dösəməli

Piter kuçesi

Geniş səkisi…

Bu da qəribsəmiş yolun qərib piyadası.

Nəqliyyat qəpiklerini ödəyə bilməyəcək qədər

Yoxsul piyadası.

Dunyasını sahmat

Oyunu sanan

Kədərini dağıdacaq

topu olmayan

Yürüdəcək atl,fili olmayan,

arxasını söykəyəcək şahı olmayan piyadası.

Dodaqlarının titrədiyi

Doluxub kövrəldiyi

hiss olunan zərif bir səs qulaqlarını caldı rəssamın.

Dönüb geriyə baxdı

Səsin fərqinə vardı

. Əsərin adını soruşdu kicik qonşuşu

– Sonuncu tablo!

Deyib,  yoluna davam etdi rəssam.

 

Sentyabr, 2009

Yazıya 565 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.