Bu fikirləri Rusiyanın Xarici İşlər Naziri Serqey Lavrov səsləndirib. Monqolustanda rəsmi səfərdə olan Lavrov xarici siyasət idarəsinin binasında mühazirə ilə çıxış edərkən “Rusiya ABŞ-la qarşıdurmaya çalışmır və heç vaxt buna təşəbbüsü olmayıb. Aydındır ki, ziddiyətli əhval-ruhiyyə dünya inkişafının bərpası ilə bağlı səyləri yalnız ləngidir”- deyə açıqlama verib.
Lavrovunun sözlərinə görə, Moskva Rusiya-Amerika əlaqələrinın tədricən normallaşacağına inanır və bunu yalnız qarşılıqlı hörmət, maraqlar əsasında etmək olar. Nazir ABŞ və Rusiyanın qarşılıqlı əlaqəsini xarakterizə edərək bildirib ki, Moskva və Vaşinqton Suriya məsələsində əhəmiyyətli nəticələrə nail ola bilib. O, çıxışını yekunlaşdıraraq “Həll yolunun xəritəsi razılaşdırılıb, yoxsul əhaliyə humanitar imkanların genişləndirilməsinə nail olunub. Siyasi prosesin başlanğıcı təmin edilib” deyib.(Qafqazinfo)
Yazıya 600 dəfə baxılıb