Diri gözlə açıram…
Günəş boylanan kimi,
Tez həyətə qaçıram…
Məhlədə adamlara,
Qaynayıb qarışıram,
Bir tanış görən kimi,
Tez ondan soruşuram:
-Sən savadlı adamsan,
Məndən yaxşı bilərsən,
Cəbhədən nə xəbər var,
Çin olurmu arzular?..
Deyir:- Baş açmaq olmur,
Əsgərlərin işindən,
Özüm də mat qalmışam,
Onların vərdişindən…
“Vur!” deyəndə vururlar,
“Dur!” deyəndə dururlar…
Məhv etmişik düşmənin,
Ağıllısın, dəlisin.
Sayıb qurtarmaq olmur,
Erməninin ölüsün…
Hələ beşcə gün əvvəl,
Sevinirdi yurdumuz…
Azğınlaşmış düşmənə,
Od qoyurdu ordumuz!..
Xankəndinə, Şuşaya,
Yeni yol açırdılar…
Ermənilər dabana,
Tüpürüb qaçırdılar…
Xalqımız qazanılan,
Uğurla öyünürdü…
Qəlbimiz intizarla,
Fərəhlə döyünürdü!..
Nə oldu birdən – birə,
Kim bizə “dur” söylədi?
Zəfər çox yaxın ikən,
Bizdən uzaq eylədi…
Şəhidimiz çox oldu,
Analar ağlamadı…
Şəhid qanı heç kəsin,
Gözünü bağlamadı…
Əlini uzatsaydın,
Kəlbəcərə çatardı…
Birdən – birə dedilər,
Durun, dava qurtardı…
Ermənilər özləri,
Rədd olub gedəcəklər…
Peşiman olaçaqlar,
Lap tövbə edəcəklər…
Tövbə edən erməni,
Sən görmüsən dünyada?
Bizi tez aldatdılar,
Torpaq da qaldı yada…
Erməni Qarabağda,
Kin becərdi, şər əkdi,
Onu təmizləməyə,
Neçə illər gərəkdi…
Ordumuz çox güclüdür,
Mən bunu necə danım?
Bizi döyüşə cağır,
Ali Baş Komandanım!..
Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist
Yazıya 592 dəfə baxılıb