Xələf Azəri – Allah

Nədənsə soyumuşam özümdən bir az,
Nədənsə gözümə yad görünürəm.
Özümə çatmağın yolun tapmıram,
Gah çaba göstərrəm, gah sürünürəm.
Xelef
Oyuncağı qırılan uşaq kimiyəm,
Ağlasam göz yaşım , üzümə çatmaz.
Nədənsə özümdən uzaq kimiyəm,
Uzatsam əlim də özümə çatmaz.

Qəlbimdən beynimə yol başlamışam,
Bir işıq lazımdı tuta bilmirəm.
Qəlbim uçub gedir sonsuzluqlara ,
Nə edim mən ona çata bilmirəm.

Divarlar məzara dönüb elə bil,
Necə kədərlidir bu gecə, Allah.
Qaçım qaça bilsəm, özümdən bu gün,
Qoy gəlim yanına, gizlicə Allah.

Yazıya 781 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.