Alınacaq ən pis xəbər ölümdü,
Necə tutulacaq ölənin yası ?!
Aman Allah necə ağır zülümdü
Necə ağlamasın şəhid anası?!
Gətirdi ömrünə boran bu bahar
Yer ağı söyləyər,göy qara bağlar
Oğul itirməkdən ağır dərdmi var?!
Necə ağlamasın şəhid anası?!
Fəryad içindədi indi ürəyi,
Gömülür torpağa arzu diləyi.
Axı qurumayıb qanlı köynəyi,
Necə ağlamasın şəhid anası?!
Kimsə çəkə bilməz ananın dərdin,
Dərdi verən Allah verəcək səbrin.
Ziyarət etdikcə oğlunun qəbrin,
Necə ağlamasın şəhid anası?!
Yazıya 666 dəfə baxılıb