Gülnarə İsrafil
Elə bil
Neçə gündür öyünürəm ay ana,
Həyat mənə qonaq gəlib elə bil.
Boyumdadı, dünya boyda kətanım,
İlmə-ilmə sınaq gəlib elə bil.
Kətanıma günüm, ayım hörülüb,
Fəsillərim naxışlanıb döyülüb,
Ömür adlı körpə balam böyüyüb,
Ölüm adlı qınaq gəlib elə bil.
İtirmişəm, ürəyimin səmtini,
Yükləmişəm, taleyimə təxtini,
Varlığıma, sel gətirib dərdini,
Gözlərimə bulaq gəlib elə bil.
Başlanğıc seçdik
Bəzən ölümün qoynunda
ölümlə sevişdik.
Bəzən göy qurşağı oldu
gözümüzdən damcılayan işıq.
Bir ovuc ümidləndik buludlara,
bir ovuc küsdük ləpələrə,
ovcumuz qurudu nəfəsimizdə
yalnız bir təbəssüməqonaq getdik.
Lalələnmiş düzənlər
pitraq oldu üstümüzə.
Diddik məsafələri
göynətdik yolların qız üzünü.
Bir bahar sevdasına ümidləndik.
Başlanğıc suyu seçib
suladıq çərşənbələri
islatdıq özümüzü
aydınlığa çıxdıq hər il
ilimizkübarlandı.
Başlanqıcoduseçib
qaladıqhərarətimizi
isitdikbir -birimizi.
Oturubküləyinqanadına
uçduqildənilə.
Və birgün
torpaqdanqaçıb
torpaqaqaçdıq
sevdikvücudumuzu
hoppanıbdüşdük özümüzdə.
Çürüntümüzlə yeniyaşıllıqlargöyərtdik.
Bircə çiçəkolubətirləndik
bircə yarpaqolubgizlətdik
suquşunubudaqda.
Bircə bircə torpaqlaşıb
bircə bircə göyərdik.
Başqa sən
geyindiyin alma budağı, qatilin.
içdiyin şərab qədəhi rəqibin.
qədəhlər boğub öldürəcək
çayda uşaq boğulduğu kimi.
düşəcəksən dənizin ənginliklərinə
o da çox çəkməyəcək
xilasedicilər çıxaracaqlar meyidini
balıqlara yem olmaqdan qurtulacaqsan.
torpağa əkəcəklər cismini
hər gün keçdikcə bir az torpaqlaşacaqsan
bir az göyərəcəksən
bir az çürüyəcəksən
torpağı daşıyacaqlar başqa bir məkana
ev tikməyə, tikəcəklər.
hər gün qulağın evin divarlarında söz eşidəcək
yaxşı vəya pis olmağından asılı olmayaraq.
bir müddət yaşayıb
sökəcəklər səni.
keçəcəklər üstündən taptalayaraq
onda bir başqa sən olacaqsan
əvvəlki səndən fərqli olaraq.
bu dünyada ruhunu
o dünyada cismini əzəcəklər.
daşın sinəsində qədəhi çilikləyib
torpağın gözünü ov ki,
gözünü ovanda, ruhun qanamasın.
İşıqçı
Dirəkdən asıblar məftili,
intihar edibmiş kimi.
Otağın lampası sükuta qərq olub,
ayrılıb sevdiyindən.
Həsrətini çəkir məftilin
boynunu yaralayıb qayçı iki gündür.
İnsafsız işıqçı…
Hardan bilsən ki, intiharı?
Qaralıb lampa.
Şam işığı işıqlandırmır üzünü.
Zəng etdik,
yollarda ilişib qalıb, yəqin tıxacdır yollar.
Məsafələr uzanır.
Yollar layla çalır…işıqçıya
hər gün gəlirik, indi gəlirik,
gəlib çıxmır ki, çıxmır.
Daha gəlməsə də olar,
gözümüz qonaq edib qaranlığı.
Qonşudan bir adam çağırıb,
məftili lampaya qovuşdurarıq.
İşıqlandırar sevgi evimizi.
İşıqçı, sən isə yollara aşiq ol,
yollar sənə aşiq olan kimi.
Yazıya 632 dəfə baxılıb