Fəridə Ağayeva – Mən səma Şahiniyəm

poeziyaŞəhid olan pilotlarımız:
Mayor Urfan Vəlizadə və Mayor Təbriz Mustafazadə nin əziz xatirəsinə

Mən səma şahiniyəm..
Örpəyi ört başına,
Anam, mənimlə fəxr et..
Çox uzaqda deyiləm,
əgər görmək istəsən,
əlini aç göylərə,
Yağışlarda dua et…

Göylər məni çağırır,
Bağışlaki səni yox,
Mən onu seçdim Ana!
Vətən məni çağırır,
Bağışlaki sevdiyim,
əhdimizi unudub,
Sənsiz yetişdim sona..

Mən səma şahiniyəm…
Şəhidlər gülümsəyib,
Səmalardan “Gəl” deyir..
baxdım torpağa sarı,
gözlədim mən ümidlə
bəlkə Vətən “dön”deyər,
Susdu dinmədi Vətən
Yəqin oda “Öl”deyir…

Taleyin ironiyası..
daha nə deyim buna,
Dünən güldüm doyunca,
Axdı sevinc göz yaşım..
Bu gün anam ağlayır,
Önündə məzar daşım..
Mən səma şahiniyəm..
Göylər məni çağırır….

***

Göyə baxaq..(Xəyallar dayanacağı)

Göyə baxaq-Xəyallar dayanacağı
Turgut Uyarın” Göğe bakma duraği “şeiri əsasında_variasiya –

İkimiz birdən sevinək deyə,
Gəl sadəcə göyə baxaq..
Sayrışan işıqlardan,
Bizi anlamayan tanışlardan,
Körpə gülüşlərindən,
Qürub edən günəşimdən,
Ayrılaq və göyə baxaq…
Özgə yollarında tükənən bu gözlərimi,
Özgə qollarında əsən bu əllərimi,
Bircə xilas et…
Bu evləri,kəndləri,şəhərləri,
Keç, get…Və…
Gəl sadəcə göyə baxaq….

Arzular dayanacağına çatırıq indi,
Budur, avtobus dayandı və gəncliyimiz endi..
Hər yer zülmət olanda qaç gəl,
Bütün şəhər yuxuya gedəndə,
oğrular,polislər,Aclar,toxlar..
Bir kimsə bizi görməyəndə,
Qaç gəl və yalnız onda
Biz” biz “olarıq…
Hamı yuxuya gedəndə,
Bir mən ,bir də sən ..səhərə qədər oyaq qalaq,
Sevginin ağuşunda, bir gecəlik sərxoş olub,
İkimiz eynı anda göyə baxaq….

Sənin bu əllərində nə var bilmirəm,
Mənə güc verən,məni mən edən..
Sənin bu gözlərində nə var bilmirəm,
Dənizə bənzər o gözlərdə getdikcə batıram,
Boğulacağımı bilə-bilə,
özümü sənə atıram..
Məni ölməyə qoyma əllərimi tut və,
Gəl sadəcə göyə baxaq..
Gizlin gizlin sənə baxıram,ürəyim isinsin deyə
Və isinir…
Sevgi dolu baxışlarıma gülüş də qatıram
Sevdiyimi biləsən deyə
Və bilinir…
Səni qayğılardan aldım və bura gətirdim,
Arxanda o qədər açıq qapı buraxmışdınki..
Hamısını bir-bir bağladımki,
Bir daha geri dönməyəsən…
İndi xəyallar dayanacağında vaxt bitəcək,
Avtobus gəlib bizi aparacaq,
Gəl elə yerə gedək ki geri dönmək ehtimalı olmasın,
Yoxsa ikimizədə cox çətin olacaq…
Əslində mənə sadəcə əllərin bəs edər,
bəs edərki,davam etsin həyat…
Səni aldım,ürəyimə həbs etdim.
Həbs etdimki,
Ürəyim döyündükcə,səndə döyünəsən!
hec dayanma..özünü xatırlat,
Döyün və özünü xatırlat…

Bir günlük yanıma gəl və hər şeyi unudaq
İkimiz bir yerdə sevinək deyə,
əllərimdən tut və göyə baxaq…
Bura xəyallar dayanacağıdı…

***

Sənin kimi mən heç kəsi sevmədim…

Qəlbim dolub,göz ağlayır,yaş gedir,
Günlər keçir, aylar ötür ,yaş gedir,
Ağ saçlarım qara telə yas edir,
Cavan yaşda qoca düşdüm, bilmədim..
Sənin kimi mən heçkəsi sevmədim…

Anlamıram,payız niyə? qış niyə?
Gün varikən soyuq niyə? buz niyə?
Ömrümüzdə hicran niyə? küs niyə?
Bu hicrandan qoca düşdüm,bilmədim..
Sənin kimi mən heckəsi sevmədim…

Dön keçmişə günlərimi oğurla,
Sənə aid illərimi oğurla,
Baxışınla baxışımı oğurla,
O gözlərdə qoca düşdüm,bilmədim…
Sənin kimi mən heçkəsi sevmədim..

Əgər bir gün geri dönmək istəsən,
Gecdir..dönmə,xəyalında istə sən,
Gözləyirsən?ömür boyu gözlə sən,
Gözün yolda sən qocaldın,bilmədin..
Mənim kimi sən heçkəsi sevmədin…

***

Xatirələr..(Sənsizlik..)

Yenə xatirələr ağladır məni,
Üz tutub göylərə səndən söz açdım…
Qapımı döyəndə bir özgə,bir yad,
Gələni sən bilib önünə qaçdım…

Yenə xatirələr ağladır məni,
Anladım,gedənlər məcburi getmir
Edilən dualar çarə deyilmiş,
Həsrət asanlıqla sonlanıb bitmir…

İkimiz yan-yana şəkil çəkdirdik,
İndi çərçivədən tək görünürsən
Ovcuma yığsam da axı nə fayda?
Gözümdən yaşlarla sən də düşürsən…

Yenə xatirələr ağladır məni,
Öyrəndim..hər ürək eyni döyünmür…
Mənim gözlərimdə yenə sən varsan,
Sənin gözlərində əksim görünmür…

Yenə xatirələr ağladır məni..
Gözümü dikmişəm hər ötən yola
İlahi,sevgidən nələr olarmış,
“Sənsizliyi” sevdim.,sən ola-ola…

Yazıya 923 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.