Azər Allahverdiyev – SƏNDƏN XƏBƏRSİZ…

13001266_496600957189674_8398784788870464882_nPəncərə açıq idi. Narın-narın yağış yağırdı. Gülnarın gözləri yol çəkirdi, düşünürdü o gələcək. Bir neçə saat pəncərənin önündə dayanıb yağan yağışa baxırdı. Gözünün önündən yaşadığı xatirələr keçir, ötənləri xatırlayırdı. Pəncərənin pərdəsi yellənir, bir quş həsrətlə boynunu büküb pəncərənin küncündən durub içəri boylanırdı. O quşu görüb düşünürdü ki, nə isə xəbər gətirib. Bir qədər fikirini quşa yönəltdi. Onunla öz-özünə söhbət edib danışmağa başladı. Gülnar quşa xatirələrini danışıb butasına çatdırmağını istəyirdi, sanki nağıllardakı kimi. Bir qədərdən sonra o yatağa keçdi, meh həzin-həzin əsirdi. Pəncərədən əsən meh onu daha dərindən düşündürüb, kövrəltmişdi. Hava qaralmışdı, meh davamlı əsirdi.

Pəncərənin küncündə duran quş dimdiyinlə pəncərəni taqqıldadır, onun yuxusunu ərşə çəkirdi. Quşun taqqıltısı davamlı-davamlı gəlirdi.
Yağış şiddətli yağmağa başlamışdır. Bu quş sanki Gülnarın bir ömür boyu izləyib onun tənhalığını hiss edib pəncərənin önünə qonur, onunla söhbət edir, xatirələrini təzələyirdi. Nədənsə Gülnar quşu pəncərənin önündə görməyəndə çox kədərlənirdi. Onun gecələr quşla şirin-şirin söhbəti, hər gecəni ötənlərə qaytarmağı xatirələrin təzələnməyinə səbəb olurdu.

Astaca Gülnar yatağından duraraq pəncərənin önünə keçdi. Pəncərəni bağlamaq istəyirdi ki, qapı döyüldü.

O anda qapının səsi quşu uçurtdu.

Asta-asta qapıya doğru yaxınlaşdı. Gecə yarı idi, Gülnar qapını açdı, onu evə dəvət etdi. Onlar ötənlərə qayıdıb xatirələrdən danışdılar. Nədənsə, Gülnar danışdıqca fikirə dalıb, damla-damla göz yaşı kipriyinin üstündə durmuşdur.

O biranlığa başını qaldırıb Gülnarın kipriyindəki yaşı görəndə əlləri ilə yaşı silib saçını sığalladı:
– Səni bir ömür boyu izləyən, o quş mənim ruhumdur, pəncərənin küncündən gecələr səninlə ötənləri xatırlayıb, xatirələrdən danışıb məzarıma qayıdıram. Hiss edərəm üzündəki kədəri, ayrılığın acılarını, yaşadığını. Necə ki, səninlə tanışlığımız narın-narın yağış gününə təsadüf etmişdir, bu gündə yenidən, o günə təsadüf etdi, Bax səninlə qovuşmağım, küçələrin narın yağışa bürünməsi gözünün yaşının əksidir. Dəyişən saçlarındır, dümağ ağararıbdır, nədən Gülnar?

– İllərdir gizlətdiyim sirri sənə deyə bilmirdim, indi ruhuna sarılaraq səni sevdiyimi, səni axtarıram səndən xəbərsiz, Elçin …

Cismim torpağa qovuşsada, ruhum səninlədir, səni axtarıram, səndən xəbərsiz, Gülnar!

Yazıya 632 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.