O biri dünyadan qayıdan insanların tükürpədici ifadələri – MARAQLI

zumrudBir zamanlar dünyada bestseller kitabların müəllifi kimi tanınan P. Atvoter əslində  başına gələnləri və özü ilə eyni aqibəti yaşayanların ifadələrini yazırdı. Onun o dünyaya gedib geri qayıdan insanlar və onların gördükləri ilə bağlı yazdığı məqalələr bütün ABŞ cəmiyyətində rezonans doğurdu. 1977-ci ildə kliniki ölüm keçirən Atvoter özünə gəldikdən sonra 1978-ci ildə onunla eyni aqibəti yaşayan insanları araşdırdı. Onları danışdıran zaman xeyli maraqlı detalların ilk dinləyicisi oldu.
Moderator.az xanım Atvoterin başına gələn qəribə hadisəni və onun araşdırmalarından bir neçə sitatı təqdim edir:
1977-ci ildə xanım Atvoter adi bir bank işçisi idi. Doğuş zamanı xəstəxanada kliniki ölüm keçirir və bütün həyatı da ondan sonra dəyişir. 1978-ci ildən bu yana bu mövzuda kitablar yazan araşdırmaçı öz başına gələnləri danışan zaman hər dəfə həyəcanlanıb. Ona görə də axıradək bu əhvalatı heç zaman danışa bilməyib. Amma onu deyib ki, ölüm anında çox gözəl səs sahibi onunla danışıb və onun qayıdandan sonra yazıçı olacağını, gördüklərini yazacağını  bildirib.
Sonradan 200-dən çox kliniki ölüm keçirən insanla ünsiyyətdə olan xanım araşdırmaçı onların hamısının gördüklərindəki ümumi detalı vurğulayıb: “Bu insanların hamısı ani şəkildə ürəyinin dayandığını və ruhunun uçaraq bədəninin üzərində durduğunu deyirlər. Daha sonra xəfif və hüzur dolu bir işığ tunelinə doğru hərəkət edirlər. O tuneldə ölmüş yaxınlarını görürlər. Bəzən xoş bir səs, bəzən isə hüzurlu səssizlik onları müşahidə edir. Amma onlara bilinməz qüvvə maneə olur və geri qaytarır”.
Atvoter kliniki ölüm keçirən bir çox insan arasında apardığı eksperimentlər zamanı onların qəribə ifadələri ilə rastlaşıb. Xüsusən də uşaqların ifadələrində bir-birinə oxşar məqamlar çox olub. Atvoter sonradan onların hamısını böyük marağa səbəb olacaq kitabına yazır. 6 yaşlı bir uşaq barəsindəki yazdığı sətirləri təqdim edirik:
“6 yaşlı bir uşağın əməliyyat zamanı ürəyi dayanır. Çəkisizlik halında naməlum yüksəkliyə doğru qalxır. Həmin uşaq sonradan öz ifadəsində səslər eşitdiyini və insanları gödüyünü deyir. O, işıq gələn tərəfə getdiyini və orada sözlə deyiləsi çətin olan hüzurun varlığını da söyləyir. Sonradan bu uşaq kliniki ölümdən qayıtdı. Onun kimi insanlar, yəni o biri dünyanı görənlər bura qayıtdıqda xüsusi insanlar cərgəsində olurlar. Həmin uşaq da birinci sinifə gedən zaman yoldaşları hərfləri öyrənəndə, o qədim yunan mifalogiyasını oxuyurdu”.
Atvoterin sözlərinə görə kliniki ölüm prosesini yaşayan uşaqların əksəriyyəti onunla ünsiyyətdə olarkən sanki kitablardakı cənnəti təsvir etdiklərini deyir:
“Kliniki ölüm keçirən uşaqların hamısı sanki cənnəti təsvir edirdilər. Onların çoxu qanadlı mələkləri gördüklərini deyirlər. Hüzurlu səslər, sevgi dolu bir səssizlik, nurlu hüzuru onların hamısı yaşayıb. Çoxları bu dünyaya qayıtdıqdan sonra həddindən artıq qapalı bir ömür sürər. Bunun da səbəbi qısa da olsa yaşadıqları o ləzzətdən ayrılmalarıdır”.

Yazıya 817 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.