Tülkülər “Toyuq”olub,
Canavarlarsa “Qoyun”.
“Sahibkar”ın başına
açırlar min-bir oyun.
Onları nə itirən
nə axtarıb “tapan”var.
Belə tetsə Dünyanı
dağıdacaq toyuqlar,
mələrtisiz qoyunlar.
Ay insanlar qoymayın
çıxa belə oyunlar.
Yoxsa gözəl Dünyanı
dağıdacaq toyuqlar,
dağıdacaq qoyunlar.
Xeyirxah olmalıyam
Ömrüm boyu qaçmışam,
Xəyanətkardan,pisdən.
Xeyirxahlıq gətirin
asın başımın üstən.
Birgə yaşayırıqsa
ürəyimizdə olan
Xəyanəti qaşıyaq.
Sevgimizdə də yalnız
Xeyirxahlıq daşıyaq.
Siz Allah insanlığın
məzmununu pozmayın.
Yeri gəlsə “lüğətə”
nankor sözü yazmayın.
Gülüm ay haray,ay haray
Kol dibində bitən gülü
məhvərindən qoparmışam.
Onu boynu bükük görüb,
Sevgilimə aparmışam.
Sevgilim onu görcək
dedi:-Niyə dərdin onu?
tanımadın Sən
Bəyəm bir qız olduğumu?!
-Sevgilim,heç kəs ilə
söhbət eləmə,görüşmə.
İndi mənim yaxamdasan
yalvarıram,yerə düşmə.
Ürəyi daş olanlara
Çox qaldırma kipriyini,
gözlər baxıb daşa dönər.
Qarşısında solan gənci
Solan görsə,yaşa dönər.
Ağlatma zülmət içində
ağlayanı qoru dərddən.
Tapa bilməsən dərdini,
Sən bu dərdi mərddən öyrən.
Dərd içində boğulanın
atası,anası olmur.
Nakam bir qızın dərdinə
bir adam yanası olmur.
Sən eləsən,mən belə
Uşaqlıqdan fikirli,
düşüncəli yatmışam.
“Şairlik etmək” üçün
taleyimin,bəxtimin
ətəyindən tutmuşam.
Ağlayanla ağlayıb,
gülənlə gülmüşəm mən.
“Tikəmi”ehtiyacı
olanla bölmüşəm mən.
Adam elədiklərim
it kimi tutub məni.
Bəzən əjdaha olub,
dip-diri udub məni.
Yazıya 598 dəfə baxılıb