Gənclərə baxıb millətimizin, dövlətimizin sabah hansı səviyyədə olduğunu çox asan şəkildə demək olar. Bəs, bizim gənclər- bizim gələcəyimiz necə görsənir. Nədənsə hər zaman Türkiyə ilə müqayisə edirəm özümüzü. Orada bir zaman olanlar müstəqillikdən sonra bizdə olmağa başladı. Bunlar əsasən düşüncə savaşlarıdı. Bir- birinin düşüncəsini qəbul etməyən gənclərin savaşı, kitaba olan münasibət, milli düşüncədən uzaqlaşıb kimisə yamsılamaq və b…
Son zamanlarda sosial şəbəkələrə diqqətlə baxsaq, bir çölə çıxıb gənclərin hansı mahnını dinlədiyini öyrənsək vəziyyətlə yaxından tanış olmuş olarıq. Öncə sosial şəbəklərdən danışaq bir az. Burada gənclər nə ilə məşğul olur görəsən? Mən deyim….
- Hansısa xəstə insanın vəya vətən üçün canından keçmiş bir əsgərin şəkili “ Allah rızası üçün on saniyyənizi ayrıb, amin yazın” başlığı ilə paylaşılır və yüzlərlə insan bura “ amin” yazmaqla öz ağıllarını göstərir.
- Hər hansı bir qadının şəkillərinin altına “ xanım çox gözəlsiniz” yazmaqla ki, çox vaxt bu şəkil heç xanıma aid olmur…
- Hansısa baxımlı bir qadının statuslarında keşik çəkib, yaltaqlanmaqla…
- Kitablarla şəkil çəkdirib paylaşmaqla
- Kitabdan istifadə edib qız tutmaqla
- Çox azı öz düşüncələrini yaymaqla
- Istər qız, istər oğlan olsun fake profillər açıb atəşlərini söndürməklə
- Ağıllarına gələni paylaşmaqla
Deməli bu yaxınlarda sosial şəbəkələrdə fenomen olmuş birindən bunun sirrini soruşanda düz belə demişdi- ağlıma nə gəlirdisə mən yazırdım, onlar da bəyənirdi. Beləcə məşhurlaşdım… həqiqətən də baxırsan biriləri öz profillərində, kiçik krallıqlarını qurub. Ağıllarına gələni yazır, paylaşır geridə qalanlar da bunları bəh- bəhlə alqışlayır. Nə yazıq ki, gənclərimizin çoxu doğrunun harada olduğu ilə maraqlanmır, sadəcə kütlə hansı tərəfə qaçırsa, onlar da düşür gedənlərin arxasınca.
Indi gələk gənclərin dinlədiyi müsiqilərə. Əslində bura heç gəlməsək yaxışdır. O qədər düşük, səviyyəsiz mahnılar çıxıb ki, son zamanlarda… insan öz millətinin gələcəyindən qorxur. Çünki belə mahnılara təlabat var ki, çıxır. Sadəcə o mahnılardan birini misal çəkim..”mənim balam bal dadır vəya mənim balam şor dadır”. Siz Allah bu cür mahnıları oxuyanlardan, dinləyənlərdən gələcək adına nə gözləmək olar… ölkədə yaşayan vəya yaşamayan kifayət qədər gözəl şair var və bunların yüzlərcə şeiri var. Bu şeirləri bəstələyib oxumaqdansa… nə isə
Bir də oxuyan gənclərdə gördüklərimi deyim. Son zamanlarda yaman çoxalıb, özünə Allah, peyğənbər, həzrət deyənlər. Fikirimcə, bunların hamsı komplekslərdən irəli gəlir bir də çox az oxumaqdan. Bir insan- bir gənc insanların diqqətini heç nə ilə çəkə bilmir və bu zaman başlayır belə qəribə işlərə əl atmağa. Bir- iki kitab oxuğu zaman insan özünü dahi hesab edir, ancaq yüzlərcə, minlərcə kitabı oxuduqdan sonra heç nə bilmədiyini anlayır. Bu zaman danışmağa, başqalarına məsləhət verməyə utanır. Özümdən bir şeyi misal çəkim. Kitab oxumadığım zamanlarda günə on- onbeş status yazıram. Elə ki, kitab oxuyuram yazmağa bir şey tapmıram.
Sevdiyim gözəl bir söz var “ böyüklərdə böyüklüyün əlaməti təvazü, kiçiklərdə kiçikliyin əlaməti isə yekəxanalıq, özündənrazılıqdır” deyə. Həqiqətən də ətrafımıza baxsaq kimin böyük, kimin kiçik olduğunu görə bilərik.
Gənclik illərdində insan nə isə yaratmaqdan daha çox məşhurlaşmaq haqqında düşünür. Bunun üçün də çox vaxt yalnış yollar seçir. Kiməsə yaltaqlanmaq, kiminsə quyusunu qazmaq kimi. Məsələn, indi elə bir zamanda yaşayırıq ki, deyək gənc bir yazar, şair yaltaqlanmağı bacarmırsa yazıları çox çap olunmayacaq, kimlərdənsə gözəl sözlər eşitməyəcək. Ancaq bunları etdiyi zaman da heç vaxt əsl sənətkar olmayacaq. Sadəcə bir şeyi unutmamaq lazımdır ki, elə əsərlər yaratmaq lazımdı ki, insan öldükdən sonra da yaşasın. Deyək indi yaltaqlandın hanısa saytda, jurnalda çıxartın o yazını. Bəs, öldükdən sonra….
Yazıya 1075 dəfə baxılıb