Kultur.az Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Orxan Qasımov adlı bir alıcı Facebook sosial şəbəkəsində video yayıb.
Orxan Qasımovun sözlərinə görə, “Araz” supermarketindən aldığı balığın istehsal tarixi 1 marta təsadüf etsə də, əslində köhnə olub. O videogörüntü vasitəsilə bunu hətta sübut etməyə çalışıb.
Belə ki, marketdən aldığı məhsulun üzərində bir neçə dəfə istehsal tarixin dəyişdirilməsinin şahidi olmaq olar.
Həmin balıq məhsulun tədarükçüsü “Dəniz İnciləri” firması Oxu.Az-a açıqlama verib.
Şirkətin satış meneceri Orxan Əliyev bildirib ki, bütün Araz marketlərin balıq tədarükçüsü “Dəniz İnciləri”dir.
“Sözügedən balıq da bizim firmaya məxsusdur. Həmin məhsul köhnə deyil. Sadəcə olaraq Novruz Bayramı ilə əlaqədar qiymət endirilib və yeni qəbz əvvəlkinin üzərinə vurulub. Çekdəki tarix də məhsulun son istifadə tarixi yox, qəbzin çap olunduğu tarixidir. Sözügedən məhsul dondurulmuş balıq olduğundan 2 il istifadə müddəti var.
O balığın isə istehsal müddəti heç 3 aya da çatmır. Ona görə də bu cür hallarla rastlaşan müştərilər birbaşa firmamızla əlaqə saxlasalar daha yaxşı olar. “Dəniz İnciləri” firmasında heç bir vaxtı keçmiş, ya da köhnə məhsul yoxdur. İstər satış obyektlərimiz, istərsə də anbarlarımız hər kəsin üzünə açıqdır. İstənilən şəxs məhsullarımızla maraqlana bilər”.
https://www.youtube.com/watch?v=kbNp4H14v_gYazıya 375 dəfə baxılıb