Kamran MURQUZOV – “Yoxdu ehtiyacın sənin, ay Allah!”

10730926_708473925888118_1815156677351752954_n (2)Tarixlər boyunca, əsrlər boyu,
Yoxdu ehtiyacın sənin, ay Allah!
Gördük fəlsəfəin öyrəndik bu gün,
Arpanın, buğdanın, dənin, ay Allah!

Fərhada göstərdin, Şirinə göstər,
Müsəlman olanın birinə göstər.
Səmtini göstərdin, yerini göstər,
Dumanın, çiskinin, çənin, ay Allah!

Dağıt həsrətləri ovsunlu gözdən,
Bal kimi süzülüb, tökülən gözdən.
Qəmzəli baxışdan, aylı bir üzdən,
Yox eylə kədərin, qəmin, ay Allah!

Sevək sevənlərin əziz xətrini,
Həlqəyə düzməyək şerin sətrini.
Gərək ki, bu gündən bilək qədrini,
Bütövün, yarımın, tənin, ay Allah!

Bir nurlu baxışdan var eyləmisən,
Dağların başını qar eyləmisən.
İki sevən qəlbi yar eyləmisən,
Ucadı məqamın sənin, ay Allah!

Yazıya 471 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.