Cəlil Cavanşirdən yeni şeirlər kitabı: “Miladdan sonra”


47372389_10215545603586118_1263470939148910592_oCəlil Cavanşirin “XAN” Nəşriyyatında “Miladdan sonra” adlı yeni şeirlər kitabı işıq üzü görüb.

Manera.az xəbər verir ki, kitabda son illərdə yazdığı şeirlər toplanıb. Müəllif  kitabı haqqında açıqlamada deyir: “İlin əvvəlində bir daha kitab çap etdirməyəcəyimə söz versəm də, bu sözümü tuta bilmədim. Anladım ki, kitabsız, ədəbiyyatsız yaşamaq mənim üçün çox çətindir. Eyni zamanda şeirlərimə tələbat olduğunu müşahidə etdiyim üçün, yeni şeirlər kitabı ilə oxucularımı sevindirmək istədim. Hər zaman olduğu kimi, bu dəfə də dostum və naşirim Müşfiq Xan arzumu həyata keçirmək üçün əlindən gələni etdi. Dostum Sevinc Çılğın da kitabın redaktəsini öz üzərinə götürdü və beləliklə kitab hazır oldu. Şeirsevərlər üçün çox maraqlı bir kitab olacağını düşünürəm. Xüsusilə gənclər tərəfindən kitabın maraqla qarşılanacağına əminəm.”

Növbəti həftələrdə kitabın Bakıda və bir sıra rayonlarda təqdimatı nəzərdə tutulur.

Yazıya 464 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.