Elşən Əzim – “Qəm bu qədər şirin olmaz, Doymur Elşən Əzim səndən”

22539830_1488051211277567_5102669864327483433_n

Səndən

Gözümdən su içən kədər,
Heç su içmir gözüm səndən.
hara baxdım sən göründün,
Dönən deyil üzüm səndən.

Gəl vurduğun yaraya bax,
Xına kimi əlinə yax.
Tikanlı yol, yalın ayaq,
Silinməz qan izim səndən.

Hər könüldə yerin olmaz,
Sənsiz məna dərin olmaz.
Qəm bu qədər şirin olmaz,
Doymur Elşən Əzim səndən

Yazıya 475 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.