Elnur Rəsuloğlu – Adam (tək şeir)

50929485_299847127340230_5642798273379958784_nMənim sənlə barışmağa

Ehtiyacım yoxdur, Adam.

Mövzu axtar danışmağa,

Ətrafında çoxdur, Adam.

 

Ömür axan çay kimidir,

Təb Tanrıdan pay kimidir.

Bu qələmim yay kimidir,

Cümlələrim oxdur, Adam.

 

Söz altından çıxar hər iş,

Yüksələnlər edər eniş.

Əlim açıq, qəlbim geniş,

Gözlərimsə, toxdur, Adam

Yazıya 1044 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.