Rüstəm Behrudi – Qəribə adam

34962441_2176325055714494_1462295455000952832_oBu qəribə adamdı
Oxşarı yox heç kimə;
əli, saçı,gözləri,
dil açıb danışanda
dilində çiçək açan
dəli-dəli sözləri-
nə qəribə adamdı.

Nə qəribə adamdı
deyirəm, yer fırlanır.
Pıçıldayır astadan:
yurd yerində binəmiz
yox olub çadır-çadır.
Yəqin mənim göz yaşım
axıb yeri fırladır.

Nə qəribə adamdı
deyirəm, külək əsir,
yaxın dur bu ocağa,
gəl qoruyaq bu odu.
Pıçıldayır astadan:
bu əsən külək deyil,
yurd boyunca dolaşan
Xətainin ruhudu.
Bu adam nə qəribə,
nə qəribə adamdı.

Nə qəribə adamdı;
dərdinə bax, ay Allah,
niyə, niyə babası
Astiyaq min il əvvəl
vaxtında öldürməyib
xəyanətkar Harpağı?
Dərdinə bax, ay Allah,
hansı uzaq dağdasa
susuzluqdan saralıb
cır armudun yarpağı…

Nə qəribə adamdı

dərdinə bax, ay Allah!
Nə qəribə adamdı,
dedim,-sənin bəd günün,
dedi,-o gün ki, özüm,
özümə tələ quran
– gülsüz qoyan gülüstan,
Sivas, Şuşa, Çaldıran;-
birmi, üçmü, ya beşmi?
Dedim:- qardaş, neyləyək,
bizimki bunsuz kRüstəm_Behrudieçmir.
Dedim:- sənin oxşarın:
– bir ləçəkdim nə vaxtsa
solmayan bir çiçəkdə.
Dedim:- ən gözəl günün?
Dedi ki, gələcəkdə.

Bu adam nə qəribə,
nə qəribə adamdı.

Dedim:- arzun, istəyin?!
Bir ah çəkdi dərindən:
– təzə-təzə doğulan
qurd ağızlı körpələr
görən nə vaxt bu yurdu
tanrı kimi görk elər?!

Bu adam nə qəribə,
nə qəribə adamdı!

Nə qəribə adamdı-
bu adamın sevinci,
bu adamın dərdi də
tamam özgə biçimdə.
Bu qəribə adamdı
mənə elə gəlir ki,
bu adam ölən günü
özü qazıb qəbrini
basdıracaq özünü
ürəyinin içində!

Yazıya 820 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.