Əyyub Məmmədov – “Apar məni doxsanlara” (tək şeir)

eyyub memmedovO dövrdə izim qalıb

Çox deyilmiş sözüm qalıb
Xatirəmdən ilham alıb,
Baxar könül oralara
Apar məni doxsanlara.

.

Yaşım onda azdı mənim
Heç olmazdı dərdim,qəmim
İstəyirəm indi gəlim
Qaçım-gedim doğmalara,
Apar məni doxsanlara.

.

Bayramları çox fərqliydi
Süfrələr bol-bəzəkliydi.
Adətlər də dəyərliydi
Bircə getsəm o çağlara,
Apar məni doxsanlara.

.

Televizor köhnə idi.
Düymələri də işləmirdi
Fəqət bizi bir tutardı
Hamı baxardı bir kanala,
Apar məni doxsanlara.

.

İndi fikrim xəyallarda
Arzum qalıb uzaqlarda.
Bir quş olub o dağlarda
Baxam bizim ocaqlara,
Apar məni doxsanlara.

 

Yazıya 743 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.