Mikayıl Bozalqanlı – “İlqardır”

87042138_2734112296868915_3550594037050245120_n(Məmməd İlqarın 70 illik yubileyinə)

Dostluq qardaşlıqla təndi, yarıdı,
Yiğişib dostların, Məmməd İlqar, dur.
Şükür, dostlar dostluğuna yarıdı,
Dostluğun körpüsü, Məmməd, ilqardir.

Dost dostluğu əks etdirən aynadı,
Gündüz Günəş nədi, gecə Ay nədi?
Dostsuz qalsaq, həftə nədi, ay nədi?
Məmməd, il çovqundur, Məmməd, il qardir.

Mikayıl, yubatma, gəldi, yaz, anda,
Amma elə yaz ki, təcnis yazanda,
Duysun oxuyan da, duysun yazan da,
Desinlər, ustadı – Məmməd İlqardir.

Yazıya 711 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.