“UŞAQLAR ÜÇÜN HEKAYƏLƏR” KİTABI İŞIQ ÜZÜ GÖRDÜ

UŞAQ HEKAYƏLƏRİ “Mütərcim” nəşriyyatı yazıçı Akif Abbasovun  Uşaqlar üçün hekayələr” kitabını nəşr etmişdir.              

           Kitabın redaktorları:filologiya üzrə elmlər doktoru, professor Telman Vəlixanlı pedaqogika üzrə fəlsəfə doktoru Lalə Məmmədlidir.

                                    ,

Kitabda  professor, Yazıçılar Birliyinin üzvü   Akif Abbasovun vaxtilə yazdığı və son zamanlar qələmə aldığı uşaq hekayələri toplanmışdır. Həmin hekayələr müəllifin müxtəlif illərdə çap olunmuş kitablarında işıq üzü görmüşdür. Bu kitabda onlar bir yerə yığılmış “Uşaqlar üçün hekayələr” adı ilə nəşrə təqdim edilmişdir.

Kitab dörd bölmədən ibarətdir:   “Atatürk haqqında hekayələr” silsiləsindən.   “Banu və babası” hekayələr silsiləsindən, “Atilla və babası” hekayələr silsiləsindən,   “Müxtəlif uşaq hekayələri”.

Kitab uşaq və yeniyetmələr, habelə maraqlanan oxucu kütləsi  üçün nəzərdə tutulmuşdur.

 

Yazıya 1009 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.