Əyyub Məmmədov – “Sevib-sevilmək doğrusa əgər”

Eyyub FotoÜrək istəyinə çatarsa əgər,

Həyat gözəlləşib laləzar olar

Sevib-sevilmək doğrusa əgər,

Ömür həmişə coşquyla dolar.

 

Vallah sevgi gücdür,qüdrətdir

Səni sən edən bir həqiqətdir

Hər çətin, keçilməz, yoxuşlu yolda,

Mətinlik göstərən bir məharətdir.

 

Gerçək sevgini tapdıqda əgər

Sınayın ondakı böyük hikməti

Qorxunu, hürkünü hər əlaməti,

Gündüzə çevirər gecə zülməti.

 

Sevgidə uğur, irəliləyiş var

O mayak kimi işıq da saçır.

Sevgidə xeyir, bərəkət də var,

Həyat yollarında çiçəklər açır.

 

Sevgisiz bir ilə yaşasa insan,

Ömür xəzəl olub quruyar inan

Dərindən ah çəkib yıxılar bir gün,

Qoca palıd kimi sevgisiz insan.

 

Yazıya 578 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.