(hekayə)
Yağış yağırdı. Pişik miyoldayırdı. Zuleyxa əlindəki kitabı kresloya qoyub, durub qapını açdı. Pişik dərhal soyuducuya tərəf qaçdı və yenə miyouldamağa başladı—yemək istəyirdi. Zuleyxa soyuducunun qapısını açıb dedi:
–Bax, ay Məstan , görürsən soyuducumuz boşdu. Mən də sənin kimi üç gündür yemək yemirəm. Ancaq qara qəhvə, su içirəm. Heç çayımız da qalmayıb.
Zuleyxa düşündü ki, bu korona virus pandemiyası qurtaranda mütləq Məstana xoşladığı yeməkləri alacaq—kolbasa, cocis, konservlər və pişik yeməkləri alacaq. İndi Zuleyxa heç evdən kənara çıxa bilmir—karantindir. Onun yaşı artıq yetmişi keçib. Karantindən qabaq heç olmasa qonşusu Zərəngizdən nəsə almağı xahiş edirdi. Üç gün qabaq Zərəngiz Böyük Bağmanda yaşayan qoca anasının yanına getmişdi. Zuleyxa fikirləşdi ki gərək ona heç olmasa pişik üçün yemək və özü üçün çorək pendir aldıraydı.
Dünən Zuleyxa evindən xeyli aralıda yerləşən maeketə gedəndə yağış yağırdı, külək əsirdi və onun qısa ağ saçlarını üzünə dağıdırdı. O, addımlarını yeyinlədirdi ki, yağışın altında çox islanmasın. Yolda bir inni-cinni yox idi. Sanki, dünya büs bütün dağılmış, insanlar qeybə çəkilmişdi. Zuleyxanın ürəyini bir xof bürüdü. Adamsız küçə, illahda ki, yağış yağanda, külək əsəndə nə qədər qorxunc görünürdü. Zuleyxanın getdiyi yolun qurtaracağında polis maşını dayanmışdı. Zuleyxanın marketə çatmasına lap az qalmışdı. Bu məqam düşündü ki kaş polislər onu görməyələr, Zuleyxa da dərhal marketə daxil olub pişiyi və özü üçün yemək alar. Ancaq polis onu gördü, və ona yaxınlaşıb kimliyini göstərməyi tələb etdi. Zuleyxa öz əlləriylə düzəltdiyi maskanı aşağı salıb dedi;–Başına dönüm oğul qoy marketə keçim.
–Olmaz, ana. Qanun çox sərtdir. Ona tabeh olmaq lazımdır.
Zuleyxa geri döndü. Saçları büsbütün islanmışdı. Polisin ona ana deməyi örəyini titrətdi. “Ay Allah, ay Allah mən bu sözü eşitmək üçün darıxmışam….qoy yaşadığım bu günlər ömrümün axırıncı günləri olsun, ancaq məm yenə də ana sözünü eşidim”
Zərəngiz demişdi ki üç günə qayıdacaq. Bu gün artıq üç gündür. Əgər qayıtsaydı heç olmasa ondan xahiş edərdi ki, ona bir də pişiyə ərzaq alsın. Zuleyxa masanın üstündəki aldığı təqaüdə baxdı—indi pul ona adi kağız kimi görünürdü. Üstü şəkilli kağız idi, vəssalam. Aynadan həyətə baxdı—iki otaqlı balaca evin qarşısında cəmi bir alça ağacı vardı. Nədənsə bu ağac hələ çiçəkləməmişdi. Zərəngizgilin alça ağacı artıq çiçəkləmişdi. Ağacın bir budağı da barıdan Zuleyxanın həyətinə düşürdü. O fikirləşdi ki,ata-anası yaşayanda, həyətdə balaca ləklərə pomidor, xiyar, göyərti əkilirdi. Zuleyxa onda çox sevinirdi. Sonradaan, az qala otuz beş yaşımda Faiqin evinə köçəndə, ilk vaxtlar onun böyük evində özünə yer tapa bilmirdi—Qnun mənzilində royal, böyük kitabxana var idi. Həyət də bəsrarəngiz güllərlə, Zuleyxanın çox sevdiyi yasəmən və pionlarla dolu idi. O, belə gözəlliyə, belə genişliyə çətin vərdiş edirdi. İlk və yeganə evladı Fərid doğulanda özünü dünyanın ən xoşbəxt qadını sandı. Onda Zuleyxa Gəncə musiqi kollencində fortepiano müəllimi işləyirdi. Burada hər kəs onun taleyinə qibtə edirdi.
–Görəsən Faiq müəllim bunun nəyini alıb? O cür gözəl oğlan kollecmizdə işləyən gözəl qızları görmürdümü? Eşitmişik ki, kişi qadından böyük olar, qadın yox, özü də bir neçə yaş böyük.
Arxasınca deyilən bu sözləri Zuleyxa eşidirdi, pərt olurdu, ancaq eşitdiklərini eşitməməzliyə vururdu. Heç tövrünü pozmadan bu iş yoldaşlarıyla danışırdı.
Bir dəfə də Zuleyxa Faiqdən soruşmuşdü—kollecimizdə o qədər gözəl və məndən cavan qızlar var, sən niyə məni seçdin?.
Mən sənin qəlbini, ruhunu sevdim. Sən Qara Qarayevin “adajiosonu” çalanda, siman büs bütün dəyişirdi. Üzün qeyri-adi gözəl görünürdü. Faiq onu qucaqladı.
Faiq kollecdə nəzəriyyə müəllimim idi
–Bəs sən niyə pianoçuların müsabiqəsində iştirak etməyibsən?
–Məni heç vaxt müsabiqəyə buraxmırldılar. Əksinə, hansısa tələbəyə təhkim edib deyirdilər—bu uşaq qalib çıxmalıdı. Bu sənin səyindən və bacarığından asılıdı. Tələbəmiz də istedadlıdı.
Onda Zuleyxa tələbəsi ilə Çaykovskinin iyun Barkarolasını hazırladı.Tələbəsi laureat oldu. Tünzalə adlı bu qız çox istedadlı idi. Züleyxa işlədiyi müddətdə müxtəliv müsabiqələrə bir neçə tələbə hazırlamışdı. Qalib çıxanı da olurdu, çıxmayanı da.
Bir tələbəsi də Bakıda keçirilən pianoçular müsabiqəsinin laureatı oldu. Onda tələbəsi Fikrət Əmirovun “Prelüdünü” çalmışdı. Züleyxanın bir tələbəsi də Tbilisidə keçirilən Zaqavqaziya pianoçularının müsabiqəsinin qalibi oldu. Uşağın valideyinləri ondan çox xahiş etdilər ki Zuleyxa da onlarnan getsin Tbilisiyə—sizin yanınızda uşaq o qədər də hənəcanlanmaz. Bizim maşınla gedər. Onda Zuleyxa bilmirdi ki, Tbilisiyə getməyinə necə peşiman olacaq. Əgər bilsəydi getməzdi.
“Yox yenə gedərdim, heç olmasa oğlumun üzünü gördum. Iki kəlmə olsa belə onnan söhbət etdim”
Sadəcə, Zuleyxa düşünürdü ki, Amerikadan Tbilisiyə gələn oğlu Tbilisidən cəmi 200 km aralı olan Gəncəyə–anasının yanına heç olmasa bir günlük, ya yarım günlük, lap bir saatlıq gələ bilməzdimi?
Onda Şəhlanın valideyinləri Tbilisidəki restoranların birində Şəhlanın qələbəsini qeyd edirdilər. Züleyxaya hədsiz minnətdarlıqlarını bildirirdilər.
–Bu qələbə Şəhlanın öz qələbıəsidi. O, çox istedadlı qızdır. Birdə ki Şəhla bizim musiqimizə dəyər verməyi bacardı.Qara Qarayevin” adajiosunun” bu qədər sənət adamların içində ifa olunması böyük sevincdir. Siz fikir verdiniz, hamı ayaq üstə alqışlayırdı “Adajionu”, Şəhlanı. Şəhlanın atası əyilib Züleyxanın əllərindən öpdü.
Birdən Züleyxanın gözləri onlara tərəf gələn oğluna sataşdı. Oğlunu neçə il idi görmürdü. Oğlunun uğurları barədə hərdən qəzetlərdə, sosial şəbəkələrdə oxuyurdu. Qəlbi gürur hissi ilə döyünürdü.
–Çox şükür, Allayım balam xoşbəxtdi. Heyif, uşaqları yoxdur. Yoldaşı da bizimkilərdəndi, 1979-cu ildə valedeyinləri Təbrizdən Amerikaya köçüb. Fərəh Fərid kimi Harvardı bitirib. Çox şükür , Allah özün balamı, ailəsini Pənahinda saxla.
–Ana sən məni tanımadın?
–İndi tanıdım.
Fərid onun üzündən, boynundan öpürdü, ağ-appaq qısa vurulmuş saçlarına sığal çəkirdi. Züleyxa ağlamaq istəyirdi, lakin yanındaki adamlara görə özünü tox tutmağa çalışırdı.
Mən bu gün Gəncəyə gəlmək istədim, ancaq imkan olmadı—rəsmi tədbirlər, indi də dostumun ad günüdür, gəlməmək olmazdı. Yaxşı ki,səni burda gördüm. İki saatdan sonra təyyarəm Vaşimqtona uçur. Mən indi Aeroportda olmalıyam.
Sanki anasının yanında əyləşən insanları indi gördü.
–Bağışlayın anamı gördüm həyəcanlandım. Siznən görüşə bilmədim.
–Olan işdir, Şəhlanın atası Fəridin əlini sıxdı. Züleyxa müəllimədən xahiş etdik ki, biznən getsin Tbilisiyə. İndi qızımın bu günkü müsabiqədə qələbəsini qeyd edirik.
–Təbrik edirəm. Böyük uğurlar diləyirəm.
–Sağ olun. Biz bilmirdik ki, Zuleyxa müəllimənin belə gözəl oğlu var,–dedi Şəhlanın atası.
Fərid anasının balaca çantasına pul qoydu. Yenə anasını qucaqlayıb.
–Məni bağışlayın, təyyarəmin vaxtına az qalıb.
Fərid geriyə baxmadan qapıdan çıxdı. O, əyləşdiyi masa arxasından iki nəfər cavan kişi də Fəridin arxasınca çıxdı.
Sonra Züleyxa başını masaya söykəyib hönkürtü ilə ağladı. Onun bütün vücudu titrəyirdi. Şəhla da valideynləri də;
–Züleyxa müəllimə sakit olun, hamı bizə baxır.
Şəhla ona su verdi.
–Məni bağışlayın….Özümdən asılı olmadı. Oğlumu çoxdan görmürdüm.
Züleyxa yenə də ağladı. O, artıq heç kimi görmürdü, eşitmirdi. Mən balamı az qala tanımadım. Mən oğlumnan söhbət edə bilmədim. Darıxmışdım axı onsuz. Ondan başqa mənim heç kimim yoxdu. Hamı olsaydı belə, yenə də Fərid təkdi mənim üçün. Züleyxa doğrudan da bu dünyada qərib kimi idi. Valideynlərini hələ cavanlıqda, rəfiqələrini, qohumlarını illər keçdiqcə itirdi. O şəhərə çıxanda bir tanış sima görmürdü. Artıq bu il kollecdən də işdən çıxdı. Daha doğrusu təzə gələn müdir onu yanına çağırıb dedi;
–Müəllimə, sizə böyük hörmətimiz var, ancaq qanuna görə siz idən çıxmalısız. Altmış beş yaşdan sonra sizi işdə saxlamaq ixtiyarım yoxdu. Lakin konkursa gedən tələbəylə kollecdə məşqul ola bilərsiz.
Züleyxa dərhal ərzəsini yasıb müdirin qabağına qoyub, qapıdan çıxdı. Onun ürəyi sizildayıldı. Gözləri alatoranlıq görməyə başladı. “Məni makulatura kimi çölə tulladılar. Mən artıq heç kimə lazım deyim. Heç Allaha da lazım deyiləm. Lazım olsaydım yanına aparardı”….
Evinə doğru gedə–gedə səssiz—səssiz aölayırdı. Heç kəs ona məhəl qoymurdu. Hərənin öz problemi var.
Züleyxanı kədərli xatirələrdən Şəhlanın anasının sözləri ayırdı—Sağ olun müəllimə, Şəhlanın hazırlığını yarımçıq qoymadız.
–Şəhla istedadlı qızdır.
–Siz çox gözəl anasız, bu cür oğul böyütdünüz. Züleyxa kədərlə gülümsədi. Fikirləşdi ki Fəridin oxuyub , boya-başa çatmasında Münəvvər xanımın müstəsna xidməti olub. O da, əri də ADAU-da professor idilər iqtisad kafedresında. Tək oğullarını itirəndə Fəridin 12 yaşı bardı.
Onlar otelə qayıtdılar. Züleyxa otağına keçən kimi, ağladığına görə özünü qınadı.
“özüm deyirdim axı, təki balam xöşbəxt olsun, heç məni axtarıb-itirməsin.”
Yadına düşdü ki, Fərid babasını dəfn edib Amerikaya qayıdanda yaraşıqlı evlərinə baxıb demişdi; –Ana, indi nə nənəm var, nə də babam, sən bu böyüklükdə evi neynirsən? Yaşin da artıq keçib. Mən evi satmaq istəyirəm. Mənə orda pul lazım olacaq.
Fərid evi satdı. Züleyxa da öz atasının indi xaraba qalmış balaca təmirsiz evinə köçdü. Doğulduğu, boya-başa çatdığı evdə özünü yad hiss etdi. Yaxşı ki, onu tanıyan qonşuları var idi. Əgər Faiq dursaydı heç xöşbəxtlik çağlarının o evi satılmazdı. Fərid atasına çox bağlı idi. Yenə ürəyi gizildədi—ay Allah onlar nəcə xoşbəxt idilər. O düşündü ki, Münəvvər xanım da Əvəz müəllim də ona qarşı çox diqqətli idilər.
Yadındadır, Züleyxanın hamiləliyi təsdiklələndə Əvəz müəllim şampan açdı, Münəvvər xanım masanın üstünə meyvə, şirniyyat düzdü Əvəz müəllim;
–Gələcək nəvəmizin şərəfinə, qoy qədəmləri evimizə uğur gətirsin.
Onda nə Əvəz müəllim, nə də Münəvvər xanım bilmirdilər ki, onları son mənzilə–“Səbiskar qəbristanına Fərid yola salacaq. Onların ölümlərini eşidib, dərhal Vaşinqtondan Bakıya, sonra da Gəncəyə gələcək. Məni gözləyin deyəcək anasına. Onda Fərid Harvardı yenicə bitirmişdi, Müsabiqə yolunnan ən nüfuzlu, maaşı yüksək vəzifəyə keçmişdi Vaşinqtonda. Münəvvər xanım Əvəz müəllimdən yeddi ay sonra dünyasını dəyişdi. Ömründə heç vaxt heç kəsə qibtə etməyən Züleyxa onların ölümünə h əsəd apardı—onlar Faigin yanına Züleyxadan qabaq getdilər. Bir ildə Fərid iki dəfə Gəncəyə gəldi—baba, nənəsini son mənzilə yola saldı.
Hələ indiyə kimi o səhnə Züleyxanın dözləri önündədi. İndi Züleyxa o evin yanından keçə bilmir, qəhər onu boğmağa başlayır. Kimlərsə ayrı adamlar o evin işığını yandırır, o çıxdığı pilləkənlərlə evə qalxırlar. Nə isə….keçmişi qaytarmaq mümkün olsaydı, Züleyxa birinci Faiqi qaytarardı. O, kollecdə, və pedaqoji texnikumda işini atıb müharibəyə getməsəydi onda həyat bambaşqa olardı. Onda Faiq nə Züleyxaya, nə də ata-anasına demədi ki, o bir qrup könüllü ilə Şuşa uğrunda vuruşmağa gedir. Əgər desəydi, onda Züleyxa onun ayaqlarına döşənərdi, qoymazdı Faiq getsin.Müharibə, azadlıq –hamısı ritorika, pafosdur.
Züleyxanın ömrü tən yarıya bölündü—1993 ilə kimi və ondan sonra. 1993-cü ilin mayında Gəncə hərbi komissarlığından Züleyxaya zəng etdilər.
–Bu Faiq Hüseylinin evidir?
–Bəli.
–Siz onun nəyisiz?
–Həyat yoldaşı
–Xanım, onu bura gətiriblər, şəhər hərbi komissarlığına. Gəlin onu evə aparın.
Qurban olum, Allah bu nə böyük xoşbəxtlikdir– Bəs niyə gəlin aparın dedilər?
Tez Əvəz müəllim də, Züleyxa da taksi saxlayıb hərbi komissarlığa getdilər. Münəvvər xanım plov bişirməyə hazırlaşərdı. Ağlına belə gəlmirdi ki, oğlu onun ürəyi, gözlərinin işığı əlil qayıdacaq evinə.
Əvəz müəllim və Züleyxa hərbi komissarlığa çatan kimi soruşdular—Faiq Hüseynli hardadı?
–Mən burdayam, ata—Faiqin boğuq səsi eşidildi. Burada xeyli insan vardı. Bu insan selinin içində Əvəz müəllim yenə Faiqin səsini eşitdi.
–Mən burdayam, ata. Əvəz müəllim də, Züleyxa da səs gələn tərəfə getdilər.
Faiqi iri, köhnə kresloda otuzdurmuşdular. Onun hər iki ayağı dizdən aşağı yox idi. Əvəz müəllim hönkürdü, onu qucağına aldı. Onları gözləyən taksiyə əyləşdilər. Üçü də arxada yerləşdi.
Münnəvər xanım onun ayaqlarını öpür—Bütün ağrıların mənə gəlsin, oğul – deyirdi. Fərid də ağladı. O da əyilib atasının ayağını öpdü. Sonra başını onun sinəsinə sıxıb, xısın-xısın ağladı.
“Təki quru nəfəsin gəlsin, təki səsin gəlsin qurban olum. Ölənə kimi sənin qulluğunda duracam. İnşaallah protez sifariş verərik. Təki sağ ol, qurban olum. Atanın, ananın yanında mən səni öpə bilmirəm. Utanıram onlardan….”—ürəyində deyirdi Züleyxa
Atası özünə gələrək;
—Sən niyə belə oldun oğul?
–Minaya düşdük, ata
–Təki canın sağ olsun, oğul. Müharibə ölüm– itimdir. İnsan hər dərdə alışır oğul. Dərd, ağrı sənin ayrılmaz bir hissənə çevrilir—Ömrü boyu sənnən qalır—Əvəz müəllim siqaret yandırdı. Axşam Züleyxa Faiqi çimizdirdi, onun dizindən yuxarı qalan ayaqlarını öpürdu , onun yaralarını göz yaşına qərq edirdi. Faiq onun saçlarını oxşayırdı.
–Ağlama. Ağlamağa haqqımız yoxdur. Bizim axı Fəridimiz var.
Sonra Əvəz müəllim oğluna protez, əl arabası aldı. Bir neçə gün sonra Faiq öz iş yerinə qayıtmaq isdədi. Əvvəl musiqi kollecinə getdi. Onu hər an Fərid müşaihət edirdi. Faiq nə atasını, nə anasını, nə də Züleyxanı qoymurdu onnan getməyə.
–Mən özümü yaxşı hiss edirəm. Həm də oğlumnan gəzmək istəyirəm.
Kollecin direktoru hal-əhval tutandan sonra soruşdu;
— Xeyir ola?
–İşimə qayıtmaq istəyirəm.
Müdir Faiqin ayaqlarına baxdı. Sonra üzünə;
–Bu ayaqlarla necə işləyəcəqsən?
–Mən elə bilirdim siz adamları işə götürəndə başına baxırsız, ayağına yox,–Faiq qoltuq ağaclarına söykənib getdi.
Ertəsi gün Faiq humanitar kollecə üz tutdu. Kollecin direktoru ona eyni sualı verdi
—Sən bu ayaqnan necə işləyəcəksən?
–Elə bildim siz insaların qabiliyyətinə baxırsız, ayaqlana yox.
Faiq düşündü ki ayaqları Şuşada qalıb. O Şuşanı çox sevirdi. Bu sevgi ona anasından keçmişdi. Atasından da Faiqə Naxçıvana olan sevgisi keçmişdi. Faiq xatırladı ki, onlar Naxçıvana tək bircə yol getdilər. Şərurun Sərxanlı kəndində Əvəz müəllimin qardaşə gildə qonaq qaldılar. Onda Fərid balaca idi. Faiq üçün bu yerlər doğma, əziz idi. Sanki o burada doğulmuşdu.
Məktəbdə oxuyan zaman Faiqin yay tətilləri həməşə Şuşada keçirdi. Burada ana nənəsi Şəkərin dağın başinda keçən əsrdən qalmış mülkü var idi. Faiq hər gün Şuşalı qoyumlarının uşaqları ilə İsa bulağına, cıdır düzünə gedirdi, burada at çapırdı, müxtəlif oyunlar oynayırdılar. Fərid də balaca olanda, Züleyxa da ailə lə birgə Şuşaya gedirdilər. Axırıncı dəfə 1987 –ci ildə Şəkər nənəsi rəhmətə gedəndə özlərini Şuşaya çatdırdılar. Faiqin ağlamağını dayandırmaq olmurdu. Münəvvər xanım və Əvəz müəllim onu sakitləşdirməyə çalışıldılar. Onlar bir daha Şuşaya qyıtmadılar. Bir dəfə Faiq nənəsini yuxuda gördü. Nənəsi 70-ci illərdə atdan yıxılıb ölən ərinin, yani Faiqin babasının üstündə dil deyib ağlayırdı. Faiq ona yaxınlaşmaq istəyəndə nənəsi onu yaxın qoymurdu. Birdən Şəkər nənəsi qalxıb, cavan qız kimi yüyürüb onun ayaqlarını qucaqladı.
–Ayaqlarına qurban olum, bala, çoxmu ağrıyır ayaqların? Bütün ağrıların mənə gəlsin.
Faiq yiuxudan sərsəm oyandı. Fikirləşdi ki, indi Şuşada döyüşlər gedir. Bəlkə də nənəsinin qəbri uçub dağılıb….Onda Faiq Şuşaya müharibəyə getməyi qərar verdi.
Onun rəngi ağappaq olmuşdu. Fərid gecəni yata bilməmişdi. Qulağında kollec direktorlarının sözləri səslənirdi.
–Sən bu ayaqlarnan necə işləyəcəksən? Faiqin ürəyi qəzəbdən, çəktiyi əzabdan ağrıyırdı. O, yataqdan qalxıb, öz əlil arabasına əyləşmək istədi.
–Sən hara hazırlaşdın gurban olum?—soruşdu Züleyxa və dərhal yatağından qalxdı.
–Bir az hava almaq istəyirəm.
Züleyxa ona pilləkənlə düşməyə kömək etdi. Bir daha Züleyxa yatağına girmədi. Aarabada gəzən Faiq əlini bağdaki güllərə uzatdı. Əli onlara çatmadı. Züleyxa onu artıq yuxudan oyanmış Fəridlə birgə evə qaldırdı.
Əvəz müəllim və Münəvvər xanım artıq işə hazırlaşırdılar. Faiq divardan asılmış Maleviçin “Qara kvadrat”ına baxdı. Bu əsərin surətini ona rəssam dostu bağışlamışdı. Zuleyxa bu əsəri xoşlamırdı, başa düşmürdü, heç başa düşmək də istəmirdi. Faiq bir xeyli “Qara kvadrata” baxdı—elə mənim indiki taleyimdir,– dedi. Arabasını yataq otağına sürdü.
Düşündü ki, alacağı cüzi pensiya heç onun dərmanlarının pulu deyil, o valideyinlərinə arxa olmaq əvəzinə onlara möhtacmı olsun? Ya Züleyxaya, həyatından çox sevdiyi qadına möytacmı olsun? Bu rəzillik olardı. O belə yaşaya bilməz. eşitdiyi sözləri sanki beynini doyəcləyirdi. Bu ayaqlə necə işləyəcəksən.
Həmin gün Əvəz müəllim də, Münəvvər xanım da işdə idilər. Hərəsinin 6 qoşa saat dərsləri vardı. Züleyxa Faiqin sevdiyi balıq ləvəngisini bişirib aptekə yollandı. Fərid atasının yanında qaldı. Züleyxanın aptekə gedib– gəlməyi heç ytarım saat çəkmədi. Yatağına uzanmış Faiq Fəridə–get anana həyətdən pion yığ. Onlar açıblar.
–Baş üstə, ata, –Fərid qayçını götürüb pilləkənləri düşüb, bağçaya yollandı. Faiq çarpayısının yanına qoyulmuş kiçik masanın üstündəki dolçadan fincana su töküb ağrıkəsici dərmanların bir qutusunu xışmalayıb ağzına apardı. Züleyxa evə dönəndə, Fərid ağlaya-ağlaya onun qabağına qaçdı
–Ana, mən istəmirəm ata ölsün!. Ana mən istəmirəm ata ölsün! Tez ol dirilt onu. O, danışmır, nəfəs də almır. Tez ol.
Faiqin açıq gözləri divardan asılmış “Qara kvadrata” baxırdı. Züleyxa hər şeyi–ətrafı, təcili yardım maşınını, Münəvvər xanımı, Əvəz müəllimi, başqa adamları, axırda gələn mollanı tor içində görürdü. Hesab etdi ki, artıq onun ömrünə son qoyuldu….Allah Fəridimi xoşbəxt, uzun ömürlü eləsin.
Yağış səngimək bilmirdi. Zərəngizgilin həyətindən səs gəlirdi. Həm də elə bir balıq qızardırdılar. Züleyxa aclığını dəf etmək üçün çaydanı qaz plitəsinin üstünə qoydu. Çaydan qaynayan kimi fincana qaynar su tökdü, udum –udum içməyə başladı. Qap-qara Məstan onun ayaqlarını cırmaqlayırdı. Züleyxa soyuducunun qapısını açıb içini göstərdi;
–Bax Məstan soyuducumuz boşdu. Sonra masanın üstündəki pula baxdı. Düşündü yaxşı ki, işığın, qazın, suyun pulunu vaxtında ödəyib. Yoxsa indi işıqsız, qazsız qalardı. Birdə masanın üstündəki pula baxdı—indi pandemiya dövründə bu pul bir kağız parçasına dönmüşdü. Qapı döyüldü. Zərəngiz idi.
–Qardaşım balıq almışdı– dedi Zərənqiz üç dənəsini də mənə verdi. Dedim ikisi bizə bəsti, birini Züleyxa müəlliməyə aparım. Nə var ki iki adamıq—bir kişi, bir də mən. Uşaqlar da sağ olsunlar Bakıdadırlar. Karantin qurtarsaydı gələrdilər.
–İnşaallah gələrlər—yenə Züleyxanın ürəyi gizildədi. Oğlu neçə gündür zəng eləmir. Züleyxa ondan nigaran idi. O dəfələrlə oğluna zəng eləmişdir, ancaq nədənsə Fərid telefonu açmırdı. İndi Zületxa özünü həyatda artıq adam olmasını, hər kəsə gərəksiz olduğunu düşünürdü. Təki balam sağ olsun. Mənim üçün bu bir bəxtəvərlikdi. Təki Fəridimin evladı olsun. Oğlu ayda bir dəfə ona 100, bayramlarda 200 dollar pul göndərirdi. Züleyxa bu pulları özünün məktəb, tələbə illərində çaldığı çoxdan kökdən düşmüş “Belarus” pianosunun üstünə Faiqin şəklinin yanında qoyulmuş “Qara kvadratın” arxasına şəkilin çərçivəsinin içinə qoymuşdu. “Sabah mənə birdən bir şey olar. Qonşumun ümidinəmi yerdən qötürülüm? Züleyxa iki min dollar pul yığmışdı. Pulun yerini Zərəngizə demişdi.
Pişik indi də masanın ayaqlarını cırmaqlayırdı. Səsi otaqı başına götürmüşdü. Məstan da onun kimi üç gündürkü ac idi. Züleyxa Zərəngiz gətirdiyi balaca sudak balığını Məstanın qabağına qoydu. Ozünə yenə qaynar su tökdü. Məstan ağız-burnunu yalayırdı. Pişik keçib kreslonun üstündə uzandı.
Fəridi pandemiya qorxutdu. Uzaqda tək-tənha yaşayan anasına acıdı. Fikirləşdi ki anasının ondan başqa heç kəsi yoxdu. Fərid sanki indi ayıldı—hər an anası koronovirusa yoluxa bilər. Fərid özünü qınadı. Qərək tez-tez zəng eləməliydi anasına. Yollar açıq olsaydı elə indi bilet alıb anasının yanına gedərdi. Sabah anası olmaya bilər axı…Koronovirus sanki bütün varlığına hakim kəsildi. Dərhal dostu Azərbaycana getmiş dostu Rüfəti tapdı. Ürəyi həyəcandan sürətlə döyünürdü. Nə yaxşı ki Rüfəti tapdım. Bu an Züleyxanın telefonu zəng çaldı. Oğlu idi zənk edən.
–Ana bağışla, Cənubi Amerikadaydım. Başım qarışıq idi. Ancaq Azərbaycandan xəbərim var.Özün necəsən ana?
–Ölum qabağında, yaxşıyam. Sənin işlərin necədi?
–Yaxşıdı ana. Çox yorulmuşam. Ancaq bu gün çox sevinmiıəm. Nəhayət, mən ata oldum, ana. Ekiz qızlarım oldu
–Çox şükür bala. Adlarını nə qoydun, Fərid?
–Züleyxa və Münəvvər
–Çox gözəl. Sağ ol bala. Ancaq çalış ki, öz dilimizdə danışsınlar.
–Mütləq, ana. İki aydan sonra məzuniyyətə çıxıram, sənin yanına gələcəm
–İnşallah. Bəs uşaqlar?
–Onların yanında dayə, bir də Fərəhin anası var. Ana, sən indi evdəsən?
–Hə, qadan alım.
–Mən Canubi Amerikada olanda, orda konfransdaydım. Mənim dostum Rüfət Azərbaycana, Gəncəyə gedibmiş. Xəbərim olmayıb. O indi Gəncədədir. Pandemiyaya görə bura qayıda bilmir. Mən ona zəng edib, xahiş etdim ki sənə bir aylıq ərzaq alsın–ət, toyuq, kolbasa, konservlər, sən xoşladığın hisə verilmiş balıq, meyvə — tərəvəz, bir də Rüfət sənə 300 dollar pul verəcək.
–Sağ ol bala, zəhmət çəkdin.
–Borcumdu, ana. Mən səni çox isdəyirəm.
— Sağ ol Fərid.
Bu an bir kişi qapını açıb əlində bağlamalar içəri keçdi.
–Salam ana. Mən Fəridin dostu Rüfətəm.
–Xoş gəldin oğul. Zəhmət çəkdin.
–Heç bir zəhməti yodur ana. Rüfət əlindəki bağlamaları və zərfi masanın üstünə qoyub getdi.
Züleyxa açıq qapıya söykənib xeyli dayandı. Qapıdan düşən işıq Faiqin və “Qara kvadratın” üzərinə düşdü. Züleyxaya bir an elə gəldi ki “Qara kvadrat” artıq bəyazlaşdı. Dərhal gecə görduyü yuxunu xatırladı. Yuxuda o ağlayırdı. Onun göz yaşları Maleviçin əsərinin ustünə tökülürdü. Bu şəkil nədənsə Züleyxanın əllərində idi və onun göz yaşları şəkilin uzərinə töküldükcə şəkil ağarırdı.
SON
15.04.2020
Yazıya 1268 dəfə baxılıb