Əyyub Qiyas – Qələbə marşı (tək şeir)

orduSən ey uca millət, uca dövlət, uca insan,
Min yol önünü kəssə də zillət, yenə varsan!
Ram eyləyə bilməz səni sellər, gur ocaqsan,
Sönməz bir ocaqsan!
Olacaqsan!
Yanacaqsan!

Türk milləti vulkan kimidir – yağmura sönməz!
Türk əsgəri haqq bildiyi yoldan geri dönməz!
Bir tamdı bu torpaq, mərə kafir, və… bölünməz!
Ölməzdi bu millət!
Onu bil, hər zaman, ölməz!

Hər bir şəhidin ruhu gəzir göydə, dayan, bax!
Minlərlə şəhid qanına batmış ulu torpaq!
Azadlıq üçün təşnə qalıbdır daha ancaq,
Vaxtdır, daha vaxtdır, sinənə sancıla sancaq!

Çatmış da qisas vaxtıdı, məşəlləri yandır!
Bir an dediyim an yetişib, an həmin andır!
Sən ey mərə kafir, görəcəksən, qana-qandır!
Bir seldi gəlir, qarşısına çıx da dayandır!
Bir seldi gəlir, qarşısına çıx da dayandır!

Yazıya 868 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.