“Emmy”yə namizəd olan ilin ən yaxşı seriallarının adı açıqlandı

emmys-2020-nomination-scaled

İlin ən yaxşı teleserialları, şouları və televiziya proqramları üçün 72-ci “Emmy” mükafatına namizədlər açıqlanıb.

Lenta.ru-nun məlumatına görə, mükafata namizədlərin tam siyahısı Amerika Televiziya Akademiyasının rəsmi saytında dərc olunub.

HBO-nun “Watchmen” serialı nominasiyaların sayına görə (26) liderdir.

“Amazon”un layihəsi olan “The Marvelous Mrs. Maisel” 20 nominasiya ilə siyahıda ikincidir. “Curb Your Enthusiasm”, “Dead to Me”, “The Good Place”, “Insecure”, “The Kominsky Method”, “Schitt’s Creek” və “What We Do in the Shadows” serialları da bu nominasiyalar uğrunda mübarizə aparacaq.

“Netflix”in “Ozark” və HBO-nun “The Heirs” hər biri 18 nominasiya alıblar.

Bundan başqa “Better Call Saul”, “The Crown”, “The Handmaid’s Tale”, “Killing Eve”, “Stranger Things” və “The Mandalorian” da namizədliklərini irəli sürüblər.

Ümumilikdə “Netflix” xidməti müxtəlif kateqoriyalar üzrə 160 nominasiya alıb. HBO kanalı isə “Emmy”nin 107 heykəlinə namizəddir.

“Emmy – 2020” mükafatının təqdimetmə mərasimi sentyabrın 20-də Los-Ancelesdə keçiriləcək.

Yazıya 540 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.