Cənubi Azərbaycan Ədəbiyyatı…
Tapılmayan sərxoş
Necə olduğumu sorma,
məni bayırlarda yağış götürüb
və bu şəhərdən pasportasın itirmiş bir yabancı tək
tələsirəm getməyə.
Necə olduğumu sorma,
sanki içimdə ölümə gedir birisi,
məndə bir nisgil,
məndə bir ölən var, qırxı çıxmayır!
Necə olduğumu sorma,
məndə bir fərari yaşayır…
Gahdan gecələr beynimdəki dağlarda-daşlarda
atışır,
tutuşur,
gahdan yuxudan oyadır məni,
sigar istir!
Necə olduğumu sorma
dəniz üzərində içgi qutusu!
Mənə ey tapılmayan sərxoş,
mənə ey tapılmayan dostum,
bardağından bir qurtum,
siqarından bir nəfəs saxla…
“Buyurun gözəl düşmənlərim” kitabından –2009
Gecә cәnabları!
Gecә cәnablarını saymadığım saatlardı
xiyabanda qatillәrimi axtarıram!
Kasıblar can verir
vә dölәtlilәr[1] arxayın intiharda!
Bu çeynә-tüpür hayatı
gecә cәnablarına ithaf edәcәyәm
qatillәrimi xәfәlәyәcәyәm
vә dәdә yandıracağam sәsimlә
əkilmә[2] kәlmә әkilmә!
tәşrifin olsun
gecә cәnabları özümüzdәndi!
göz gözü görmür
çәndi …
Xiyabanda qatillәrimi axtarıram!
“Yelena” Kitabından bir parça – 2010
…
Uzaqda silah səsləri,üstəlik ıldırım
üç pıçaq fırlanırdı saatlarımızda
yağmur axşam camlarını cınqıldadırkən
ayrılmaq vaxtıydı,bəlkə çağ(ı)rılırdıq…
alnından öpdüm,alnından
yatay yelkənidi dodağın və mən
sevgi “Kristof Kolomb”u ola(n)mamışdım!
dalğalandır dodaqlarımı bayrağındı,dedin…!
uzaqda silah səsləri,üstəlik ıldırım
dalğalandı dodağlar,dalbadal dalğalandı dodağlar
və yeldə son kəz çağırdıq birbirimizi
və yeldə son kəz çağırdım:Yelena…x…!
yaxında silah səsləri,üstümüzdə ıldırım
bilirdin anda verdiyim adları yel yitirəcək
bilirdin əldə sigaret satacaq “Kristof Kolomb”!
bilirdin odsuz çərşənbələrdə çirik[3]donacaq
sən amma öpdün və dalğalandı bayrağımız
sən amma yaşatdın dodağlarındakı yelkənləri
sən amma çərşənbəni baxışlarında qabartdın
özündənmiş sənin bayrağın,üstəlik
Yelena!
dodaqlarında qızıl meydan durur!
…
“Məchul heca” Kitabından (Donuq şeir tarzi) – 2012
…
…
Səndən sonra kef kifsədi
şaraplar peşaba getdi
Üzümlüklər üzümə durdu
Dəlilsiz darixiram
kim olduğunu bilmirəm
Səni ad günündə unuduram
Sən tərs bir yaşam unudulduğunda varsan ey məchul hər nəyim
Keşke sussaydim və heç bir kəlməyə ağiz açmasaydim
Sən bir damla göz yaşinda tanrilarimi boğdun
Mənisə axşamlari aynalara daradim
Bəlkə də heç bir şey olmamiş kimi gözlərimizi sildik
Keşke sevməsəydim sanki bir qatilin anasiyam
Məni lə’nətlərə yolcu edən
Məni qurşun kimi yolcu edən
Heç bir zada çarpmadan qurşun tək məni yolcu edən
Ey olmadiğini gizlətməyən
Dolandir məni başina dolandir
Aşiq yorulmaz dayirədi
Mən səssizlik həndəsəsi oxudum
Mən boşluqlar me’mariyam
Şəkillərə şok verən bir feleş
Darisqalliqlarda sənə yer saxlayan
Mən peşmanliq profesöriyam
Hava heç də isti dəyil
Səninlə heç islanmadiğimiz yağişlari tərləyirəm
O gözlərindəki boylu boya hər yana dağilir
Başim firlanir
Hər zad dayirədi
Gələcək də xatirədi
Yeni Şeirlərdən
İşğalçıya!
Qəzəbsiz vururam səni,qəzəbsiz!
çünkü sevinc üçün mubarizə aparıram
kəlmədən başqa heç silahi sevmirəm
və sözlərin də yarasını bağlayıram
bu savaş,
bu ölüm məndən dəyil.
sən Ölümlə hər yerdə ”selfi” çəkirsən!
Və mazarlığlarda özünü göstərirsən
sən cinayət şounun sonuncu pərdəsisən
bu savaş,
bu ölüm məndən dəyil,
Qarabğdan çəkil!
[1]Varlı [2]Qaçma [3]Grilla
Yazıya 524 dəfə baxılıb