Bu günlərdə gənc yazar Eşqin Məmmədovun “Sonuncu gül” adlı ilk şeirlər toplusu işıq üzü görüb.
Bədii yaradıcılıqla yanaşı, elmi fəaliyyətlə də məşğul olan müəllifin bundan əvvəl “Antropogenez və ibtidai icma tarixi” adlı kitabı nəşr edilib.
Xatırladaq ki, Eşqin Məmmədov 1993-cü ildə Zərdab rayonunun Xanməmmədli kəndində anadan olub. 2013-2017-ci illərdə Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb.
Şeirləri mütəmadi olaraq müxtəlif ədəbiyyat portallarında, o cümlədən Türkiyənin “Şehir“, “Edebice“, “Hecetaşları “ və başqa dərgilərində dərc edilir.
Yazıya 403 dəfə baxılıb