Millət vəkili Əsəd Cahangiri yaradıcılığınn 30 illiyi və 55 yaşı münasibıtilə təbrik etdi

217713159_2548818118598262_987062124459170191_n (1)Əsəd Cahangir taleyi Söz olan adamdır. Özü də adi Söz yox, istedadlı Söz, vicdanlı Söz, haqq Söz, haqqa çağıran Söz!
Əsəd Cahangir 30 ilə yaxındır ki, haqq sözə qulluq edir İlahi sözün vasitəsi ilə ədəbiyyatımızı və mədəniyyətimizi saflaşdırmağa, İnsana xidmət etməyə və Tanrıya yaxınlaşdırmağa çalışır.
Əsəd Cahangirin yaradıcılığı çox şaxəlidir, çoxplanlıdır, rəngarəngdir. Kimisi Əsəd Cahangiri dərin bilikli ədəbiyyatşünas-alim, kimisi haqq sözün keşiyində vicdanla dayanan qərəzsiz tənqidçi, kimisi sözlə oynaya-oynaya onu gözəlləşdirən esseist, kimisi gözəl təbli, incə ruhlu şair kimi təqdim edər. Mənim fikrimcə, Əsəd Cahangir bunların hamısıdır, və yaxud heç biri deyildir. Mənin fikrimcə, Əsəd Cahangir filosofdur, fikir və duyğuları ilə, idrakdan yoğurulmuş bilik və düşüncələri ilə, həyatı, keçmişi və gələcəyi, dünyanı və insanlığı dərk etməyə çalışan və dərk etməyə sövq edən bir fikir hadisəsidir. Əsəd Cahangir olduqca məhsuldar çalışan və hər yazısı maraqla qarşılanan bir çox hallarda yeni mübahisələrə və axtarışlara səbəb olan istedadlı söz ustalarındandır. Əsəd Cahangirin tənqidi araşdırmaları xoş niyyət daşıdığından öyrədəndir, ədəb-ərkanlıdır, qərəzsiz və ədalətlidir.
Mən Əsəd Cahangiri 30 ilə yaxındır ki tanıyıram. Gec-gec görüşsək də, fəaliyyətini və yaradıcılığını daim izləyir və uğurlarına sevinirəm. Əsəd Cahangir müasir Azərbaycan ədəbiyyatında imzasını qoymuş və möhürünü vurmuş ziyalılardandır. Bu gün o, öz yaradıcılığının ən məhsuldar dövrünü yaşayır. Əsəd Cahangiri ürəkdən təbrik edir ona yeni-yeni uğurlar arzulayıram.
Musa Urud

Yazıya 220 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.