Ədəbiyyatımızda Əsəd Cahangir zirvəsi – Aləmzər Sadıqqızı yazır…

219161102_1648188045572152_2416032742014023254_nƏsəd Cahangirin 55 illik yubiley təbriki
İyirmibir ildi tanıyıram Əsədi…
Öncələr demək olar hər gün görüşürdük. Saatlarla ədəbiýatdan, qəzetlərdən, həyatdan söhbət edərdik. Heç vaxt mübahisə etməmişik.Bəlkə ona görə ki, fikirlərimiz həmişə üst-üstə düşüb. Mən hərdən zarafatla ona “Ağ atlı oğlan” deyirəm…
Zarafatsız elədir həm zahiri həm mənəviyatı ilə tam bir xəyallarımızın yaratdığı əsil Azərbaycan oğludur…
Fenomen yaddaşı , möhtəşəm istedadı, hər kəsi sehrləyən nitq qabiliyyəti…
Bəzən doğma adam haqqında yazmaq olmur…
Hərdən mənə elə gəlir Əsədlə günlərlə oturub söhbət etsək nə onun , nə mənim söhbətim tükənməz. Duz 21 ildi mənə söz verib ki, sənə şeir yazacağam…Nə vaxt desəm deyir bir sənə bir də anama şeir yaza bilmirəm…Və mən də anladım ki, mən də onun üçün doğma biriyəm.
Çünki anasını necə sevdiyini bilirəm…Qəfildən anasını itirən Əsədin 7 gün dili tutulur …O mənə bunları danışanda mən günlərlə özümə gələ bilmirdim…
Bir dərdin Əsədi var…bir də Əsədin dərdi var…
Həmişə hamıdan gizlətdiyi içinin ağrıları, acıları, nisgilləri…
O ədəbiyyatın xoşbəxtidir… Tutduğu zirvədə təkrarsızdır, özünə məxsusdur, fenomendir və əbədidir.
Bütün yaradıcı insanlara məxsus olan içinin tənhalığında təpədən- dırnaga ülviyyətdi, məsumdu Əsəd…
Allah ona ucsuz-bucaqsız, əsrarəngsiz bir istedad verib. Şeir yazır, roman yazır , musiqi bəstələyir, tənqidi yazıları ilə hər kəsdən öndədir…
Və bütün dahilər kimi içinin tənhalığında dənizdə yolunu itirmiş gəmi kimidir…Öz sahilini tapmağa çalışır…
Bəlkə inciyəcək yazdıqlarımdan…Amma doğru sözumdü onun üçün arzuladıqlarımı heç özümçün arzulamamışam…Onun üçün istədiklərimi özümçün istəməmişəm…
Ürəkdən ürəyə yollar var…Bəlkə ona görə məni anası müqəddəslikdə görür?
Və mən həqiqətən bir ana içkudüsü ilə həmişə onun üçün narahatam…
O həyatın bütün xoşbəxtliklərinə layiqdir!!!!!
Yaşının bu çağında səni ürəkdən təbrik edir və həyatın butün xoşbəxtliklərinə catmağını arzulayıram!
Dayandığın zirvən mübarək olsun! Sən hamımızın Əsədisən…Ədəbiyyatımızın isə Əsəd Cahangiri!!!!

Yazıya 206 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.