Əsəd Cahangir!
Sizin – çağdaş Azərbaycan ədəbiyyatının görkəmli siması, ədəbi-tənqidçi, esseist və şairin 55 yaşı və yaradıcılığınızın 30 illiyi tamam olur. Siz özünüzün “Qədim türk ədəbiyyatının linqvistik poetikası”, “Ağ saç, qara saç”, “Kim yatmış, kim oyaq”, “On üçüncü gecə” kimi dərin məzmunlu, aktual ideyalı kitablarınız, çoxsaylı məqalə, esse, poema, filolji və bədii tərcümələrinizlə müstəqillik dövrü ədəbiyyatımızın nəzəri-estetik əsaslarının qoyulması, milli bədii firkin yeni anlayışlarla zənginləşməsi, gənc istedadların üzə çıxarılması, dünya ədəbiyyatının bir sıra nümunələrinin dilimizə çevrilməsi, ədəbiyyatımızın türk dünyası və dünyada təbliği işinəəvəzsiz töhfələr vermiş, müasir ədəbi prosesdə silinməz izlər qoymusunuz.
Görkəmli ədibimiz!
Sizi yaradıcılığınızın 30 illiyi və 55 yaşınızın tamam olması münasibətilə ürəkdən təbrik edir, Tovuz Xeyriyyə Cəmiyyəti adından sizə möhkəm can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Hörmətlə: Çingiz Abbasov
Yazıya 310 dəfə baxılıb